İdman
Əvəzedicilər Liqasının ləğvi gündəmdədir - AFFA rəsmisi
Azərbaycanda Əvəzedicilər Liqasının ləğvi müzakirə mövzusudur.
Publika.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O, U-20 millisindəki bəzi futbolçuların bu çempionatda çıxış etdiyini bildirib:
“Digərləri AFFA Gənclər Liqasında oynayırlar. Biz həm Peşəkar Futbol Liqası, həm də daxildə müzakirə apardıqdan sonra çempionatları dayandırdıq. Bunu etməyə məcbur idik. Çünki əks təqdirdə klublar yarışlarda istədikləri kimi çıxış etməyə bilərdilər. Əvəzedicilər Liqasının ləğvi gündəmdədir. Hazırda AFFA İcraiyyə Komitəsi bunu müzakirə edir. Hələlik qərar verilməyib. Əvəzedicilər Liqası ləğv olunmasa, format dəyişikliyi də ehtimal olunur. AFFA Gənclər Liqasında da format dəyişikliyi ola bilər. U-20 komandasının texniki heyəti artıq məşq cədvəlini bizə təqdim ediblər. U-20 dünya çempionatı bizim üçün prioritet məsələdir. AFFA olaraq digər liqaları təlim-məşq toplanışına uyğunlaşdırmağa çalışacağıq”.
Xatırladaq ki, U-20 aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.
-
İdman20:48Əfsanə futbolçuların sevgililərini qınadı - Bu nə dəbdir?
-
Magazin120:36Zeynəb Xanlarova övladları ilə - FOTO
-
Magazin220:00Məşhur reper Taylandda itkin düşdü - Onu sonuncu dəfə...
-
Magazin119:48Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO
-
Dünya19:24Tramp Corcia Meloni ilə dostluq münasibətlərinə SON QOYDU
-
Hadisə19:12Sumqayıtda yaşayış binasında PARTLAYIŞ - Xəsarət alanlar var
-
İqtisadi gündəm18:24Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək
-
ABŞ17:10Meloni ABŞ-a rədd cavabı verdi - Tramp


































