İdman
“Qarabağ” və “Neftçi”dən azarkeşlərə müraciət
“Neftçi” ilə “Qarabağ” dörd gün ərzində iki dəfə üz-üzə gələcək.
Publika.az xəbər verir ki, qarşılaşmalardan öncə hər iki klub azarkeşlərə ortaq müraciət edib. Müraciətdə qeyd olunub:
26 və 30 aprel tarixlərində Azərbaycan futbol ictimaiyyətinin diqqəti “Palms Sports Arena”ya yönələcək. 4 gün aralıqla Misli Premyer Liqasının oyunları çərçivəsində “Qarabağ” və “Neftçi” komandaları iki dəfə üz-üzə gələcəklər.
Futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir.
Ölkənin iki ən titullu klubunun mübarizəsi həmişə ictimaiyyət, kütləvi informasiya vasitələri və futbolsevərlərin diqqət mərkəzində olub. Qarşıdakı iki oyunun da eyni marağa səbəb olacağına heç bir şübhə yoxdur.
Əzəli rəqiblərin təxminən 35 ildir davam edən rəqabəti ərzində azarkeşlər çoxsaylı parlaq oyunlara, gözəl qollara, meydanda barışmaz mübarizəyə şahidlik ediblər. Budəfəki qarşılaşmalar da bizə həyəcanlı anlar, bənzərsiz emosiyalar və əsl futbol şousu vəd edir.
Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. “Qarabağ” və “Neftçi” olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq.
Unutmayaq ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur. Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir.
Hər iki klub oyunun dostluq əhval-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir.
Azərbaycan futbolu qələbə qazansın!
-
İdman20:48Əfsanə futbolçuların sevgililərini qınadı - Bu nə dəbdir?
-
Magazin120:36Zeynəb Xanlarova övladları ilə - FOTO
-
Magazin220:00Məşhur reper Taylandda itkin düşdü - Onu sonuncu dəfə...
-
Magazin119:48Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO
-
Dünya19:24Tramp Corcia Meloni ilə dostluq münasibətlərinə SON QOYDU
-
Hadisə19:12Sumqayıtda yaşayış binasında PARTLAYIŞ - Xəsarət alanlar var
-
İqtisadi gündəm18:24Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək
-
ABŞ17:10Meloni ABŞ-a rədd cavabı verdi - Tramp


































