İdman
“Real” azarkeşləri Mbappeyə qarşı: 1 milyon 200 min imza
Sosial şəbəkələrdə “Real” azarkeşlərinin (“Mbappe Out”) petisiyası sürətlə yayılır.
Publika.az xəbər verir ki, onlar komandanın liderlərindən biri olan hücumçu Kilian Mbappenin klubdan ayrılması üçün imza toplayırlar. ESPN-in məlumatına görə, madridli fanatlar artıq 1 278 219 imza toplayıblar.
Bildirilir ki, azarkeşlərin səbrini daşıran son hadisə fransalı futbolçunun zədə səbəbilə aldığı qısamüddətli istirahət zamanı İtaliyaya səfəri olub. Mbappe Sardiniyada aktrisa Ester Eksposito ilə birlikdə görüntülənib. Bu vaxt komanda La Liqada “Barselona” ilə oyuna hazırlaşırdı.
Bundan əlavə, KİV-in məlumatına görə, Mbappenin intizam problemləri də qeydə alınıb. O, dəfələrlə komanda tədbirlərinə gecikib, o cümlədən ümumi nahara 40 dəqiqə gec gəlib. Həmçinin məşqlər zamanı klub personalına qarşı laqeyd münasibət göstərdiyi hallar da qeyd olunub.
Müəllif: Tural
-
ABŞ09:47Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
-
İdman09:19“Qarabağ”ın yeni transferi: Azərbaycanda güclü çempionat var - MÜSAHİBƏ
-
Ekologiya09:10Meteoroloqlardan narıncı xəbərdarlıq - Bu həftə temperatur 40 dərəcəni keçəcək
-
MDB08:24Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
-
İdman08:12Almaniya dünya çempionatlarında rekord qırdı
-
Magazin206:16Neslihan 3 ildən sonra qayıdır
-
Magazin201:11Dua Lipa gəlinlik paltarını nümayiş etdirdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZFALI - Gözlənilməz uğurlarla qarşılaşa bilərsiniz








.jpg)




.jpg)



















