İdman
Futbolda növbəti qalmaqal: Casusu tapdılar...
“Midlsbro” klubu Çempionşipin pley-off yarımfinal oyunu öncəsi “Sauthempton”un birinci komandasının analitiklərindən birinin məşqi gizli şəkildə lentə aldığı iddiası ilə İngiltərə Futbol Liqasına (EFL) şikayət edib.
Publika.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, hadisə martın 7-si səhər saatlarında “Rokliff Park” stadionunda baş verib.
Bildirilir ki, “Sauthempton”da işlədiyi ehtimal olunan bir şəxs “qırımızılar”ın məşq bazasının yaxınlığındakı kolluqlarda gizlənərkən görülüb. O, smartfon kamerası vasitəsilə məşqi videoya çəkirmiş.
Klub əməkdaşları həmin şəxsə yaxınlaşıb və o, telefonundakı video və fotoları silib. Bununla belə, özünü təqdim etməkdən imtina edib.
Daha sonra həmin şəxs məşq bazasının ərazisini tərk edərək yaxınlıqdakı “Rokliff Holl” hotelinə daxil olub. İddialara görə, ainsidenti törədən şəxsi “Sauthempton”un məşqçi heyəti ilə əlaqələndirilir.
Bu hadisə EFL-in klublar arasındakı davranış qaydalarının pozulması kimi qiymətləndirilə bilər. Qaydaların 3.4-cü bəndində qeyd olunur ki, komandalar bir-birinə və liqaya qarşı maksimum vicdanlı şəkildə davranmalıdırlar.
Çempionşip pley-off yarımfinalının “Midlsbro” – “Sauthempton” arasında ilk oyunu mayın 9-da keçiriləcək.
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
-
Dünya11:50Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?
-
Magazin110:06Dünən sünnət olunan ingilis Azərbaycanda evləndi - VİDEO
-
Hadisə09:13Zooparkda dəhşət: 3 yaşlı uşağı timsahların ağzına atdı
-
Yaxın Şərq08:24Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı






































