İKT
Bu il 3 yeni “Ayfon” buraxılacaq - İSTİ QİYMƏTLƏR
“Əpl” şirkəti cari ilin sentyabr ayında 3 yeni model “Ayfon” smartfonu təqdim edəcəyini bəyan edib.
Publika.az xəbər verir ki, yeni modellərin əsas fərqi çərçivəsiz “Super Retina” ekranına malik olmalarıdır. Hazırda isə internetdə 2018-ci ildə buraxılacaq “Ayfon” modellərinin qiymətləri yayımlanıb.
Məlumata görə, ABŞ istehsalçısı istifadəçilərin tələbatını öyrənmək məqsədilə “iPhone X” smartfon modelini buraxıb. Yeni qurğu əlavə funksiyalar və xüsusi komplektləşdirmə baxımından istifadəçilərin marağına səbəb olub. Alıcıları razı salmaq üçün sentyabrda 3 yeni qabaqcıl modelin təqdimatı planlaşdırılır.
İlkin məlumatlara görə, modellər çərçivəsiz ekran, üz skaneri ilə təchiz ediləcək və simsiz enerjidoldurma funksiyasını dəstəkləyəcək. Məşhur analitik Fil Cons satış bazarının “Əpl” şirkəti tərəfindən yeni məhsulların buraxılması ilə əlaqədar qiymət siyasəti barədə fikirlərini bölüşüb. O bildirib ki, “IPS” ekranlı 6,1 düym diaqonallı “iPhone” modelinin qiyməti 800-950 dollar, “OLED” displeyli 5,8 düymlük “iPhone”un 950-1100 dollar, “OLED” ekranlı 6,5 düym diaqonallı “iPhone” smartfonunun isə 1100-1250 dollar təşkil edəcək.
Könül Cəfərli
-
MDB02:4217 yaşlı yeniyetmə məktəb tualetində ölü tapıldı
-
Dünya01:11Günəşdə güclü alışma baş verdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qarşı tərəfə dəyər vermək arasındakı qızıl balansı tapın
-
Kriminal17 Noyabr 23:48Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin FOTOLARI
-
İdman17 Noyabr 23:24“Mançester Yunayted” almaniyalı futbolçuya "göz qoydu"
-
Magazin217 Noyabr 21:48Məşhur model irinli yara ilə realiti şouda iştirak etdi - “Yorğanın altına girib ağrıdan ağlayırdım”
-
Avto17 Noyabr 20:36Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
İdman17 Noyabr 20:12Millimizdən möhtəşəm qələbə







.png)


.png)


























.jpg)