İKT
Azərbaycan poçtu 200 yaşında
Bu gün Azərbaycanda poçt rabitəsinin yaradılmasından 200 il ötür.
Publika.az xəbər verir ki, Azərbaycan poçtunun tarixi 1 iyun 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontorunun açılmasından başlanır. Daha sonra 1826-cı ildə Bakıda, 1828-ci ildə isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə Poçt və Teleqraf Nazirliyi yaradılıb.

Azərbaycan poçtunun ən çətin və şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir. Belə ki, həmin dövrdə sayı artmış poçt göndərişlərinin və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradə tələb edib. 1945-ci ildə Poçt Ekspedisiyası təşkil edilib. Bu beynəlxalq poçt göndərişlərinin hərəkətinə, qorunub saxlanılmasına və yaxşı nəzarət edilməsinə imkan yaradıb.
Ulu Öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərində poçt sahəsinə xüsusi diqqət göstərib. Təsadüfi deyil ki, həmin dövrdə respublikada 300-dən çox poçt şöbəsi binası tikilib.
Bu gün yüksək keyfiyyətlə poçt və bank-maliyyə xidmətləri göstərən milli poçt operatoru “Azərpoçt” MMC .
Hazırda “Azərpoçt” MMC-nin tərkibi 70 filialdan, o cümlədən 63 rayon\şəhər filialından, 7 rayon rabitə qovşağı, Poçt Daşıma Mərkəzi, “Azərekspresspoçt” rabitə müəssisəsi, Mərkəzi Xüsusi Rabitə İdarəsi və Texniki Xidmət Mərkəzindən ibarətdir. Poçt filiallarının tabeliyində olan 1497 poçt şöbəsi (o cümlədən 1141 kənd poçt şöbəsi) əhaliyə və hüquqi şəxslərə xidmət göstərir.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2017-ci il fevral ayının 10-dan “Şəbəkə” layihəsinin tətbiqinə başlayıb.Ənənəvi poçt şöbələrində məktubların, teleqramların, banderol, kiçik paket və bağlamaların göndərilməsi və qəbulu, sürətli poçt xidməti, poçt maliyyə əməliyyatları, pulköçürmələr, kommunal ödənişlərin qəbulu, sığorta ödənişlərinin qəbulu və s. həyata keçirildiyi halda, “Şəbəkə” mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra qurumlarının göstərdiyi xidmətlər bir məkanda təqdim olunur.
Hazırda respublika üzrə 7 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, yəni Səbail, Yasamal (2), Binəqədi və Xəzər rayonlarında, digər 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir.Hazırda “Şəbəkə” xidmətinin Bakının bütün rayonlarını əhatə etməsi üçün işlər aparılır.
Növbəti mərhələdə isə “Şəbəkə” mərkəzlərinin respublikanın bütün böyük şəhər və rayonlarında açılması planlaşdırılır.
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir























.png)














