İKT
“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir
“Nar” karantin müddətində abunəçilərinin artan telekommunikasiya tələblərinə cavab vermək üçün şəbəkə dayanıqlılığını tam şəkildə təmin edir.
Publika.az xəbər verir ki, mobil operator həm paytaxt, həm də region sakinlərinin mobil rabitə tələblərini tam ödəmək, eyni zamanda onları yüksəksürətli, kəsintisiz internetlə təmin etmək məqsədilə bütün baza stansiyaları üzrə şəbəkə tutumunu əhəmiyyətli dərəcədə genişləndirib. Mobil rabitə şəbəkəsinin stabilliyini təmin etmək və şəbəkə istifadəçilərinə dəstək olmaq məqsədilə, 24/7 rejimində şəbəkə üzrə təhlillər və optimizasiya işləri həyata keçirilir, texniki heyət isə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bildirilir ki, abunəçilər "Nar"ın sərfəli şərtlərlə təqdim etdiyi müxtəlif internet paketləri ilə indi daha çox ünsiyyətdə olurlar. Belə ki, əvvəlki dövrlə müqayisədə karantin müddətində "Nar" şəbəkəsində internetdən istifadənin həcmi 20% artıb.
Hazırda “Nar”ın 4G və 4/4.5G texnologiyalı baza stansiyaları ölkənin 54 regionunda əhalini yüksəksürətli internet və zəng xidmətləri ilə təmin edir. Operator ötən il ərzində 4G/4.5G baza stansiyalarının coğrafi əhatə dairəsini 245%, ölkə əhalisi üzrə əhatə dairəsini isə 80% artırmağa nail olub.
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































