İKT
Bakıda “Bakcell”in dəstəyi ilə İllik İnnovasiya Sammiti keçirildi - FOTO
Dekabr ayının 17-də Bakıda Korporativ İnnovasiya mövzusuna həsr edilmiş illik İnnovasiya Sammiti keçirilib. Azərbaycanda ilk dəfə PAŞA Holding tərəfindən təşkil olunmuş sammit Bakcell, PAŞA Bank, PAŞA Həyat, Kapital Bank, PAŞA Sığorta, BP və Caspian Innovation Center şirkətlərinin dəstəyi ilə reallaşıb.
Sammitdə Google şirkətinin innovasiyalar üzrə baş eksperti Dr. Frederik G. Pferdt, London Biznes Məktəbinin professoru, təhsilin idarəedilməsi üzrə məsləhətçi Culian Birkinşau (Julian Birkinshaw) və strategiya, inkişaf və transformasiya üzrə ekspert Kaihan Krippendorff kimi məşhur məruzəçilər iştirak edib. Qonaq məruzəçilər innovasiyaların rəqabət üstünlüklərini necə təmin etməsi, daxili korporativ innovasiyaların və gələcəyə hazır düşüncə tərzinin formalaşması ilə bağlı dəyərli fikirlərini bölüşüblər.
Sammit çərçivəsində panel müzakirələri təşkil olunub. Burada dövlət qurumlarının nümayəndələri, yerli şirkətlərin rəhbərləri, o cümlədən “Bakcell”in baş icraçı direktoru Rainer Rathgeber korporativ innovasiyaların əhəmiyyəti, bu sahədə qurulan tərəfdaşlıqlar və çətinliklər və innovasiyaların biznesdə tətbiqi təcrübəsini müzakirə edib. Qeyd edək ki, tədbirə yerli və beynəlxalq təşkilatlardan 400-dən çox biznes və sənaye lideri qatılıb.
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
ABŞ09:27Onun adı Trampın görüş siyahısına daxil edilmədi
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi











.jpg)





















.jpg)



