İKT
Bu vərdişlər smartfonların batareyasını məhv edir
Bəzi vərdişlər smartfonun batareyasının və cihazın özünün vaxtından əvvəl sıradan çıxmasına səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə BGR portalı məlumat yayıb.
Mütəxəssislər istifadəçilərin tez-tez etdiyi və batareyanı məhv edən əsas səhvləri sıralayıblar. Bildirilir ki, insanlar enerjini tənzimləyən, cərəyanı optimallaşdıran və batareyanın həddindən artıq qızmasının qarşısını alan "ağıllı şarj" funksiyalarını çox vaxt görməzdən gəlirlər.
Digər bir zərərli vərdiş isə naməlum markalara məxsus ucuz şarj cihazlarından istifadə etməkdir. Mütəxəssislər yalnız çoxsaylı müsbət rəyləri olan etibarlı kabel və adapterlərdən istifadə etməyi tövsiyə edirlər. Həmçinin, telefonu həddindən artıq isti və ya çox soyuq şəraitdə şarj etmək batareyanın ömrünü ciddi şəkildə qısaldır.
Ekspertlər xatırladıblar ki, temperaturun kəskin dəyişməsi təkcə smartfonlara deyil, noutbuklara, elektrikli avtomobillərə və digər akkumulyatorla işləyən cihazlara da mənfi təsir göstərir. Bundan əlavə, batareyanın alovlanması və ya partlaması kimi təhlükələrin qarşısını almaq üçün cihazı yerə düşürməmək məsləhət görülür.
Hüseyn İbadlı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama






.jpg)





























