Ekopublika.az
Ərzaq böhranı qapıda: Azərbaycan hansı addımı atmalıdır?
“Qlobal ərzaq böhranı Azərbaycana təsirini göstərəcək. Bu problemin həlli üçün biz imkanlarımıza baxdıqda mövcud atılmalı olan istiqamətləri qruplaşdırsaq, 2 hal mümkündür. Birincisi, biz ərzaq məhsullarını ya xaricdən idxal edirik, ya da özümüz istehsal edirik. Azərbaycanın torpaq ehtiyatları və resursları məhduddur, məhsuldarlığımız isə o qədər də yuxarı deyil, kənd təsərrüfatı sahəsində problemlərimiz var. Buna görə də, hansı məhsulu ala biliriksə, onu idxal etmək lazımdır”.
Bu fikirləri Publika.az-a iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O, bildirib ki, beynəlxalq bazarlarda satışı həyata keçirilən məhsulları valyuta ehtiyatlarımız mövcud olduğu üçün idxal etmək imkanımız var: “Yəni pulumuz da var, satan da. Ancaq elə məhsullar var ki, onların satışı problemdir və beynəlxalq bazarlarda məhdud həcmdə satılır. Azərbaycanın valyuta ehtiyatlarının olmasına rəğmən bu məhsulları əldə etmək böyük problemlərlə nəticələnir, yəni pulumuz olsa belə, lazımi məhsulu almaqda çətinlik çəkirik. Buna görə də mütləq şəkildə belə məhsulların ölkəmizdə istehsalına qısa müddətdə nail olmaq lazımdır. Nəzərə alsaq ki, ölkəmizin torpaq, su ehtiyatları məhduddur, yeni texnoloji yanaşmalarda problemlər var, məhsuldarlıq kifayət qədər yuxarı deyil, ona görə də daha çox əkin sahələrinin bu tip məhsulların becərilməsinə cəlb edilməsinə ehtiyac var. Bu, ölkənin ərzaq təhlükəsizliyində rol oynayan məhsulların istehsalına şərait yaradan fəaliyyətdir”.
src="/storage/files/upload/99eab7eaf778d36d237f7ac78f58900df639d8bc.jpeg" style="width: 300px;" class="fr-fic fr-dib fr-fil">
Ekspert qeyd edib ki, idxal hesabına təmin edə biləcəyimiz sahələri idxalla təmin edə bilmədiyimiz sahələrlə əvəzləyə bilərik: “Məsələn, buğda əkini sahələrini genişləndirmək olar, hazırda 600 min hektar ərazidə buğda əkilir. Kifayət qədər ərazimizdə pambıq əkini həyata keçirilir və bu sahə ölkənin ərzaq təhlükəsizliyində birbaşa rol oynamır. Düzdür, məşğulluğun təmin olunmasında rola sahibdir, eyni zamanda qeyri-neft sahəsi üzrə aktivliyi təmin edir. Ərzaq təhlükəsizliyində rol oynamadığı üçün məhz bu sahənin strateji sahələrlə əvəzlənməsinə böyük ehtiyac yaranıb. Çünki, pambıqdan əldə etdiyimiz vəsait ərzaq təhlükəsizliyində rol oynayan, ancaq idxal edə bilmədiyimiz məhsullardan daha az stratejidir. Buna görə də istər pambıqçılığı, istərsə də bu qəbildən olan aqrar sahələri bilavasitə ərzaq təhlükəsizliyində rol oynayan sahələrə yönəltmək lazımdır. Hazırkı məqamda əsas çıxış yolu budur. Digər yollar daha uzunmüddətli və az effektivdir. Daha böyük effektivlik idxaldan asılı olduğumuz, lakin qlobal ərzaq çatışmazlığı səbəbindən idxalı həyata təmin bilmədiyimiz sahələrin ölkəmizdə inkişafına nail olmaqdır”.
Xatırladaq ki, Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib ki, gündəlikdəki məsələlərdən biri ərzaq böhranı ilə mübarizədə aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının rolunun nədən ibarət olmasıdır: “Çünki böhran qaçılmazdır və artıq yaxındadır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






























.jpg)






.jpg)


