Bir nəsil necə məhv oldu?..
Bizi izləyin

Köşə

Bir nəsil necə məhv oldu?..

Kəramət Böyükçöl

Kəramət Böyükçöl

Tez-tez deyirlər ki, Azərbaycanda oxucudan çox yazıçı var, oxucudan çox şair var. Bu fikir zahirən həqiqət təsiri bağışlaya bilər. Çünki müxalif cümlədir. Bir az dərindən düşünəndə isə görürsən ki, elə deyil. Məsələn, 2000-ci illərin əvvəllərində saysız-hesabsız adamlar şeir, nəsr yazırdı. O illərdə çap olunan ədəbi jurnallara, qəzetlərə baxıram, nə qədər imzalar görürəm. Amma daha yoxdurlar, yazmırlar, bu yolu onca il gedə bilmədilər. İndi isə tamamilə başqa bir sahədə çalışırlar. Bəs Azərbaycan ədəbiyyatının bu illəri gələcəkdə necə xarakterizə olunacaq? Soruşacaqlar ki, bu dövrdə kimlər vardı, kimlər yazıb-yaradırdı? Konkret ad çəkmək istəmirəm, amma ədəbiyyatdan, ədəbi prosesdən az-çox başı çıxanlar bilir ki, cəmi üç-beş imzadan danışacaqlar. Bəs niyə deyirlər ki, Azərbaycanda oxucudan çox yazıçı var, şair var? On milyonluq bir xalq üç-beş imza çoxdurmu?

Mən 2000-ci illərin əvvəllərini, o illərin ədəbi prosesini yaxşı xatırlamıram, çünki o vaxtlar orta məktəbdə oxuyurdum, özüm üçün sevgi şeirləri, xatirələr yazırdım. Hələ çap da olunmurdum. Ancaq sonları gözümün önündədir, ona görə də bu barədə daha aydın, daha rahat danışa bilərəm. “Gənc Ədiblər Məktəbi” fəaliyyət göstərirdi. Bu məktəb Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi idi. Mən də o dərnəyin üzvlərindən biri idim. Yadıma gəlir, şair, yazıçı əlindən zalda tərpənmək olmurdu. Hər ay ustad dərsləri keçirilirdi, müzakirələr gedirdi, mətnlər oxunurdu, diskussiyalar aparılırdı və gənc şairlər, yazıçılar o dərslərdə ayaq üstə dayanırdı, oturmağa yer yox idi. Ağız deyəni qulaq eşitmirdi. Şairlər, yazıçılar bir-birinə imkan vermirdi, hamı danışmaq, hamı çap olunmaq istəyirdi. Qaynar bir mühit yaradılmışdı. Məktəbin iki illik fəaliyyət dövrü başa çatandan sonra təsəvvür edin, əlli nəfərə diplom verildi. Hələ nə qədər narazılıq edənlər vardı ki, bəs bizə niyə diplom verilmir?

Hərdən öz-özümə fikirləşirəm ki, o gənclər, yerə-göyə sığmayan o istedadlar indi hardadırlar, nə işlə məşğuldurlar? İnanın, adları güclə yada düşür. Yəqin, bir neçə ildən sonra adları da unudulacaq. Bəs Azərbaycan ədəbiyyatının bu illəri gələcəkdə necə xarakterizə olunacaq? Soruşacaqlar ki, bu dövrdə kimlər vardı, kimlər yazıb-yaradırdı? Konkret ad çəkmək istəmirəm, amma ədəbiyyatdan, ədəbi prosesdən az-çox başı çıxanlar bilir ki, yenə də cəmi üç-beş imzadan danışacaqlar. Bəs niyə deyirlər ki, Azərbaycanda oxucudan çox yazıçı var, şair var? On milyonluq bir xalq üç-beş imza çoxdurmu?

“Gənc Ədiblər Məktəbi” birbaşa Yazıçılar Birliyinin, Mədəniyyət və Turizm Nazirliyinin adı ilə bağlı bir dərnək olduğu üçün ora gəlib-gedən üç-beş istedad da bu qrumların yetirməsi kimi qələmə verilir. Kökündən yanlış fikirdir. Yazıçılar Birliyi, Mədəniyyət və Turizm Nazirliyi istedad istehsal edirdisə, bəs niyə sonrakı illərdə təşkil olunan “Gənc Ədiblər Məktəb”lərindən bir nəfər də olsun, uğurlu imza çıxmadı? Sonrakı dərnəklərdən çıxan gənclərin şeirlərinə, yazılarına baxıram, inanın, bir cümləni axıra kimi düz yaza bilmirlər. “Ədəbiyyat”, “Ədalət” qəzetləri, “525-ci qəzet”, “Ulduz” və “Azərbaycan” jurnalları onları nə qədər çap edir, təbliğatını aparır, yenə xeyri yoxdur. İşıqlı mətn, işıqlı bir cümlə, işıqlı bir misra ortalığa çıxara bilmirlər. Bəs niyə deyirlər ki, Azərbaycanda oxucudan çox yazıçı var, şair var?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm