Köşə
Bir boşqab şirin yalan
Leyla Sarabi
Təbrik elə, böyüyürəm. Nəfəsin əynimə olmur daha. Hər gün bir tikəni yandırıb tüstünü geyinib gəzirəm. Hamıdan gen dururam. Canıma yatan cəsəd iyini kimsə duyar deyə cani kimi hər gün üstümə bir yad parfüm atıram. Bədxərclikdi, sən demə...Tüstün mantiyama elə möhkəm hopub ki, nəfəsimdən sən qusuram. Üfunətin cırıb atır yağış hopmuş ot ətrini.
Əliaçığam bilirsən, amma tikələrini həftələrə, günlərə bölməkdə xəsis davranıram həmişə. Qara adımın koş şkalasında hesaba vurduğum alatoran günlərimçün ürəyindən damcı boyda qopardıram, zülmətimə ciyərindən saxlayıram.
Təbrik edirəm... Cəsədindən qopardıqca, tüstün üstümə, külün yerə tökülür. Duz kimi çimdik-çimdik yarana səpirəm. Yenə özünə dərman olub küllərindən tamlanırsan. Yenə tüstün ürəyimdən yol eləyib ciyərimi parçalayır. Şəksiz qalib sən olursan.
Önümə qoyulan sınıq qabdakı acı şorbanın dadı gün-gün, ay-ay daha xoş gəlir. İçindəki daş qırıqlarını pambıq kimi əzib uduram. Yediyim acıların yanında daş da utanıb mədəmin divarına qısılır. Yaş artdıqca, həzm sistemim pozulur, artıq acıdan əziyyət çəkirəm. Hər səhər 1 boşqab şirin yalan, günortaya üstünə bol təsəlli sıxılmış duyğusuzluq pəhrizi bədənimə düşmür. Gecə dönür-dolaşır, yeməyə dünya boyda dərd axtarıram. Təbrik elə, qocaldıqca içimdə çuval-çuval sən adda ah cücərdirəm.
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi

































