Köşə
Çürük ipdən asılı qalmış Elina
Leyla Sarabi
Ədəbiyyatda Adel sindromu var. Viktor Hüqonun kiçik qızının şərəfinə doğulub. Fransızca desək, Üqonun sonbeşiyi çarəsiz xəstəliyə yoluxmuşdu. Parisin ən çox elçi gələn qızlarından idi Adel. Atasının şöhrəti, anasının qır-qızılı, ailə mülkü, gəncliyi, gözəlliyi ilə niyə də olmasın?!
Amma bütün qadınlar kimi, Adel də ciyərinə dərd yerinə hava dolanda özünü natam duyurdu. Günlərin bir günü Parisdə ingilis hərbçi ilə tanış olur. Adını yazardım, amma bunun hadisələrin gedişatına azdan-çoxdan təsiri yoxdur.
Əlqərəz... Adel ingilis zabitə elə aşiq olur ki, sağlam düşünmə qabiliyyətini itirir (guya hansımız tapmışıq ki?) Sevgisindən içə-içə doymadığı gəncin ləpirinə düşüb dünyanın hər ucunu gəzir. Atasının pulunu, anasının qızılını oğurlayıb "məşuqunun" borclarını ödəyir. Hətta bir gün qardaşına məktub yazır ki, evləniblər, övladları ölü doğulub. Ölü körpə zabitin ona bəslədiyi duyğuların simvolu idi bəlkə də...
Bu platonik məhəbbət qızın ürəyini elə deşmişdi ki, zabit Paris merinin qızı ilə nişanlanmaq istəyəndə, xülya evliliklərini aləmə yaymışdı.
Ağzımda deyirəm axı platonik, Platon, Sokrat...
Rəvayətə görə, qədim Ellada torpağında Sokrat adlı səfil filosof vardı. Fikirləri, fani dünyaya baxış bucağı gənc oğlanları ona aşiq edirdi. O, isə fürsətdən faydalanıb xələfləri ilə həm sevişir, həm də yeni dünya uğrunda savaşırdı. Bu tüfeyli kişini sevənlər arasında tələbəsi Platon da vardı. Amma cəsarət edib ona yaxın durmazdı. Platon Sokrata məhəbbətini kağızlara tökürdü. Platonik məhəbbət də o vaxtdan yaranıb. Ən maraqlı məqam bilirsiniz nədir? Tarixdə Sokrat adlı şəxsin yaşayıb-yaşamadığı haqda səhih mənbə yoxdur. Bəlkə də Platon onun obrazını Adelin məhəbbəti kimi dünyasını rəngləmək üçün quru puçdan var etmişdi.
Mövzumuzdan yayınmayaq. Adel özünü öldürmür, amma canını psixoloji dispanserdə tapşırır. O vaxtdan ümidsiz, cavabsız məhəbbəti yaradıcı "kruq"larda Adel sindromu adlandırır.
Son günlər müşahidə etmişəm. Mən də hər səhər oyanıb özümü Adel kimi bu ölkənin quru sevgisi ilə ovutmağa çalışıram. Adel "ərimdir" deyib zabitinin günahlarına göz yumduğu kimi mən bu millətin zillətini xalqım deyib gizlədirəm. Çox qəddardır bu ölkə, yenə də vətənim deyib süfrənin tam başında oturduram. Beşikdən uşağına mentalitet adlı qara süd əmdirən ananı Məryəm səsləyib gözdən pərdə asıram. Mən dözürəm bu vəhşətə, amma toz basmasın deyə üfürdüyüm uşağım sabah yenik düşsə, ilk qisası vətənimdən alacam.
Təklif edirəm, çürük ipdən asılı qalmış ədəbiyyatımızda Elina sindromu doğulsun. Mənliyi əzilən, ruhu bükülən, cəsarəti zorlanan ölü ruhlar yazılarda yenidən bu ölkəyə qayıdıb hər saniyə can versin. Təklif edirəm, məktəblilər kefli İskəndərdən çox kefsiz Elinanı tanısın. Bəlkə azca durulduq. Bəlkə bir az dirildik...
-
İdman03:44Tarixi qərar: Hər bir idmançıya 10 min dollar veriləcək
-
Qoroskop01:40Günün ulduz falı: sirlərinizi bölüşməyin!
-
Hadisə24 İyun 22:46Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı - Foto
-
Sosial24 İyun 22:04Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?
-
Magazin224 İyun 19:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
Səhiyyə24 İyun 19:30İlkin İsmayılov vəzifəsindən azad edildi
-
Rəsmi xronika24 İyun 17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika24 İyun 14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO

















.jpg)


















