Köşə
Sən həyatsan, mən ölüm…
Leyla Sarabi
İnsan ən çox sevdiyini öldürəndə qurtum-qurtum sükut udur. İnsan ən doğmasından ayrılanda gözünün duzunda, ovcnun izində azıb qalır. O, əldən düşmüş əllərini, ruhundan qopmuş ayağını yorğan kimi sənin qorxunun üstünə örtür. Sən onun burnunda ilişib qalan son nəfəsini ciyərlərinə mıxlamaqçün çəkic axtarırsan.
O da gülür, sən də…
O da ölür, sən də…
Gözləri kainatın yox rənglərinə, qulaqları əcəlin lal səslərinə, fikirləri ürəyindən ağır-ağır tökülən nəbzinə qarışır. İndi qatarı gələcək, yurdunu dəyişəcək. Zamanın ayağını qırmaq istəyirsən. Cəmi bir xırıltılı ah ciyərinə bərk-bərk döyəclədiyin nəfəsi söküb o qatarın altına atacaq. Onun tələskənliyi sənin tənbəlliyinin əlini buraxıb qaçacaq.
Bu təzadın mərkəzində, içində ulaşan ağrıların oduna:
O da yanır, sən də…
O da donur, sən də…
Burnuna üfürdüyün son nəfəsi qatar xıncımlayıb keçir. Nəbzi də tökülür nar ağacının dibinə. İndi doğrusu da, əyrisi də fəzaya səpələnəcək. Külək sənə olan sevgisindən öpəcək. Qapını, pəncərəni açırsan, parçaları divarlara hopmasın, rahat uçsun havaya. Əllərini ağzına bükürsən, səsin çıxmasın. Qışqır-bağır vaxtı deyil, ağlama. Gözlə, gözlə görünməyən ən nəhəng xatirələri hürkmədən axıb çıxsın otaqdan. Qatarın tərpənir, əzizim.
Sən azadsan, mən məhkum..
Sən həyatsan, mən ölüm…
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
































