Köşə
Dodaq altında gizlənən bombalar
Leyla Sarabi
Bilmirəm nə dərəcədə dəqiq faktdır. Amma məncə, dodaq xətləri də barmaq izi kimi individualdır. Yəni insanı dodaq izindən ayırd eləmək, ayırmaq, tanımaq, tapmaq, hətta itirmək olur.
Amma nə dərəcədə dəqiq olduğunu bilmədiyim bu fakt çənəsinə qədər silikona bürünüb, təbiətin dodağına yazdığı yazını ütü ilə yandıranlara aid deyil.
Yanlış anlamayın. Qabığına yeni libas biçənləri dəqiqlik dərəcəsinə əmin olmadığım yarımfaktla ittiham etmək fikrim yoxdur. Amma görəsən içinə yağ üfürülən dodaq canından çıxan qaynar alına yapışanda, içindəki civə rəqs edirmi?!
Mən əslində insanı danışanda yox, susanda bir-birinə sığınan dodaqların dolaşıq yollarından tanıyıram. Mənə görə, tük kimi nazik dodağın altında atılmamış ağır-ağır bombalar gizlənir. Səhrada quruyan balıq dodaqların mağarasından mütləq ağlayan şəlalə axır. Əminəm dodaq ağı deyəndə gözdən daha duzlu ağlayır. Bir də dodaq sirri daha sadiq saxlayır. Çünki dərdin onu eşitmək istəyənin qulağına, gözlərindən, barmaq uclarından, nəfəsindən qışqırır.
Məncə, bədənimizin qoca doğulub ahıl ölən ən müdrik, lap yorğun parçası dodaqdır. Dodaq öz rəngində, öz suyunda, gəzdiyin qırışlı yollarında gözəldir. Bir də hamımızın dodağında qırmızı papağın lalə, canavarın qan izi var. Ölümə məhkum bütün canların ağzı çürümüş süd qoxuyur.
Savaşın tən ortasında, aclığın tam üfunətində, susuzluğun ən səhrasında ölümə qısılan 10 adamın barmaqları sayda əsirdən yalnız ikisi sabahı dirigöz açır. Çünki gecə boyu iki cüt dodaq bir-birinin cəsəd nəfəsini içinə gömüb, sevgisini ağzına tökürdü.
Çünki rəqəmlərə sığmayan məhəbbət sonsuzluğunun təmas nöqtəsidir dodaq.
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
































