Köşə
Transhumanlardan it kimi qorxan homo sapiens
Leyla Sarabi
Biri kassada növbəsini sənə ötürür. Sən də ürəkdən minnətdarlıq edirsən. O da "buyurun" deyir. O "buyurun"un altına ürək qoymaq istəyirsən ki, təşəkkürün tam yerinə otursun. Ümumiyyətlə, emojikulturalizm epoxasında yaşayırıq. Məsələn, 100 il sonra tarixçilər yazacaq ki, həmin epoxanın insanları bir-birinin mesajına "öpürəm" cavabından sonra öpüş işarəsi qoymalı idilər. Əks halda davranışları qeyri-etik sayılardı.
Zaman çarxına minmişkən bir az da yaxın keçmişə qayıdım. Bir gün sözlərindən şarm süzülən möhtəşəm madamla müsahibə etmişdim. Söhbətimizi yazıb özünə yolladım. Gülüş doğuran bir məqamda (gülür) yazmışdım. Madam zəng vurub rica etdi ki, “gülür”ü “gülümsəyir”lə əvəzləyim. Çünki həmin fikri səsləndirəndə yüngülcə dodağı qaçıb, oxucu yanlış anlaya bilər.
Bu gün planetin divarlarını dəlmə-deşik edən ən vəhşi canlı növü homo sapiensin bir fərdi olan mən transhumanların gəlişindən it kimi qorxmağa başlayıram. Çünki əminəm, o 30 ildən sonra nimdaş çemodanında üfürə-üfürə saxladığı valideynlərinin şəkilini itirən Karlın ürək göynərtisini, qara qan dolaşan damarlarını transkafkalar bir iki “smaylik”lə yola verəcəklər.
Yola çıxmışkən beşiyini yelləyək. Sən demə, bu gün yazılarımıza bəzək-düzək verdiyimiz, rəng qatdığımız, duz-istiot kimi səpdiyimiz emojilər ulu əcdadlarımızın yazı dili olub. Yəni planetin ilk sakinləri bu işarələri qayanın, daşın üzərinə həkk edərək bir-biri ilə ünsiyyət qurur, həmçinin bəşər yaradıcılığının ilk toxumlarını səpirdilər. Hətta insanın ilk beşiyi Afrika qayalıqlarında sonsuz sayda həmin işarələrə rast gələ bilərik.
Dünyamıza yazı mədəniyyəti qədəm basandan sonra isə incəsənətin ən primitiv növü açıq hava muzeylərinin dəyərli eskponatlarına çevrilir. Bu gün gülüşümüzü, gülümsəməmizi, dodağımızın qaçışını, ağır yerişini və digər hallarını ehtiva edən sarı başın siması da qəddim əyyamların yadigarıdır. Məsələn, xoşbəxtliyi ehtiva edən ən bəsit heroqliflər indiki smaylikləri xatırladırdı.
Zaman keçdikcə insan tellərinin ucuna qədər mükəmməlləşməyə başladı(?). Çılpaq bədəninə rəngbərəng libaslar tikdi. Duyğularını hərflərdə yaşatmaq üçün dəridən-qabıqdan çıxdı, vərəq üzərində mürəkkəblə rəqs etdi. Sonra çap dövrü gəldi. Kağızla ünsiyyətdən bir az uzaqlaşdı. Məktubun künclərindən daman yağışlar qurudu, qəhqəhələr yavaş-yavaş qara rəngin altında büzüşdü. Sonra kompüterlər qapımızı döydü. Yazının taleyində nə qədər istəyirsən səhv elə, sonra sil, sonra yenidən yaz. Təbii ki, bu mənəviyyatımız üzərində də təsirsiz ötüşmədi. Nəhayət, yeni bədən orqanımız smartfonlar kəşf olundu. Hətta virtual müsahibin yazını oxuya-oxuya fikirlərini futurovərəqlərə göm, o da "bu nə yazmışdı" deyə intizarda qalıb düşüncələrini söysün.
Dedim axı, mən futuro insanın əbədi həyat, cild dəyişmə, hətta smartfonları sünnət etdirib toz boyda çiplə, danışmadan, yazmadan, sadəcə nəfəs alaraq düşüncə ünsiyyəti kimi planlarından çox qorxuram.
Açığı hərdən ilan-qurbağa xəttim üçün darıxıram. Etiraf edin, əlinizə qələm alıb kağız üzərində kor Paçino kimi nə vaxt tanqo oynamısınız?
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi
-
ABŞ1 Mart 18:36Trampın İranla bağlı növbəti planı
































.jpg)
.jpg)




