Köşə
Uçan cücə haqda pritça
Leyla Sarabi
Bakı kəndlərinin yayı bir başqa aləmdir. Qaynar qum üstündə qıvrıla-qıvrıla yalın gəzməkdənmi danışım, bərəkətini ayaqlar altında əzdirən tut ağaclarındanmı, yoxsa cır meyvəsindən süd axan əncirindənmi...
Yayın tən ortasında Bakı kəndləri qarışqa kimi qaynayan şəhərlilər üçün cəhənnəmdən qaçışdır. Elə kəndlilər üçün də Bakının dəbli incə qızları, rəngli şortlu oğlanları əsl ekzotikadır.
Görəsən, dünyanın Azərbaycan qədər ziddiyyətli ikinci məmləkəti varmı? Bu ölkədə ”rayonlu-bakılı” soyuq müharibəsi azmış kimi, bakılı və Bakı kəndlisi adlı qəribə savaş tendensiyası da mövcuddur. İçimizdəki qırğınlıqların mənbəyinə çata bilməyəndə də məğlubiyyət topumuzu qarşı tərəfin qapısından keçirdirik.
Top dedim yadıma düşdü. Bakı kəndlərinin söz top-tüfəngli el toyları, fransızsayağı ləhcəsi də lap divanə koloritdir.
Təpədən-dırnağa Bakı kəndinin çınqıllarında bərkimiş biri kimi deyə bilərəm ki, ən “yad daş”, ən öz, yum-yumşaq xatirələrimin anası 32 ayəlik həmin bu kitabdır.
Bax yenə 32 dedim, payızın cücə sayımını xatırladım.
Yəqin, sən də körpəsi gözəl olmayan canlı tanımırsan. Buddanın anası Mayyaya and olsun ki, hətta nifrətin, savaşın, lap elə tanrının balası da məsumdur.
Günlərin bir günü ailəlikcə bu məsumiyyət qazanını çömçələdik. Toyuğumuzu kürt yatırdıb yumurtadan cücə çıxarmasını gözlədik. Heç bilirsən, sübhün kipriyi aralanmamış toyuğun yanına qaçıb cücələyib-cücələmədiyini yoxlamaq nə böyük intizardır?
Onsuz da haşiyə sevən deyiləm. Gəl, onu da deyim ki, toyuq yumurtaların üstünda sərinlmək üçün yatır. Yumurtlayadan sonra qarnına günəş dolur. Yumurtalarsa sərin olur. Bir üzü isinəndə alt tərəfinə çevirib təzədən üstündə oturur. Yəni “ana ürəyi, dağ çiçəyi” pritçası toyuğun “ptiçka”asına da deyil.
O bir aya yaxın müddətdə çil-çil toyuğumuza ana təbiət kimi qucaq açdıq. Qa-sını, qu-sunu əskik etmədik. Nəhayət mıxı mismar edən allah 12 yumurtanın səkkizini cücəyə çevirdi. Yerdə qalan dördü bikef vaxtına təsadüf elədi.
Nəisə əsas odur, biz məsud olduq. Birdən-birə 8 can artdı evimizdə. Hərəmiz birinə sahib çıxıb analıq edəcəkdik. Mən ən zəifini ovcuma aldım. Ən məsumuncu illərimdən bəri qanadı olub uçmayanların lələyini sığallamağa meyim olub. Allahın ən yorğun vaxtına düşmüş Kvazimodo idi mənim körpəm. Bədənində inkişaf eliyən yeganə orqanı qanadları idi. Dimdiyi də, ürəyi də, nöqtə boyda gözləri də o qanadların arasında itib-batırdı. Hərdən su içərdi, amma zamanın çoxunu ovcumda can verərdi. Mən onun sağalacağına, elə bu məqamda, bu anda oyanıb civildəyəcəyinə elə inanırdım ki, bədənimin bütün enerjisini üzünə tökürdüm. Doğulandan bir neçə gün sonra sarıyaçalan qanadlarını xəzan kimi ovucuma səpən körpəmin nəfəsi kəsildi. Bu mənim ilk ciddi itkim idi. Sonralara canımdan nə canlar qopacaqdı...
Körpəmi həyətimizdə basdırdıq, adına layiq göz yaşları axıtdıq.
Amma bu itki mənə uşaqlıq travması yaşatmadı. Anladım ki, ovcun boş qalsa da sonadək mübarizə aparmalısan, şəfqətini sənə möhtac olanlara paylamalısan. Hə bir də ürəyin yorğundursa, böyüyən qanadların uçmağa bəs etməyəcək.
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
















.jpg)















