Magazin1
Tatlısəsi ağladan azərbaycanlı müğənni Seda Sayanın qonağı oldu - VİDEO
Azərbaycanın tanınmış müğənnilərindən biri olan Zenfira İbrahimova Türkiyənin məşhur restoranlarından birində İbrahim Tatlısəs üçün oxuduğu mahnı ilə gündəmi zəbt edib.
Publika.az xəbər verir ki, İbrahim Tatlısesin mahnısını oxuyan sənətçimiz onu ağlatdığı görüntülərlə həm türk, həm də Azərbaycan mediasının diqqətini çəkib. Sosial şəbəkələrdə fenomenə çevirilən müğənni "Show TV"də yayımlanan "Seda Sayanla” verilişinin qonağı olub. Verilişdə qonaq olan sənətçimiz 25 illik arzusunun gerçəkləşdiyini deyib:
"İbrahim Tatlısesin sənətini, səsini çox sevirəm. Onun ifasında dinlədiyim ilk mahnı "İnsanlar” olub. 25 il əvvəl dinlədiyim mahnının ardından ən böyük arzum onunla görüşmək olub. İstanbula tez-tez gəlib-getsəm də, heç vaxt onu görə bilmirdim. Nəhayət, Ömər adlı qohumumun köməyilə İbrahim Tatlısəslə görüşmək şansı əldə edə bildim. İzmirə gedib 1 gün ondan xəbər gözlədim. Nəhayət, İstanbulda İbrahim bəylə görüşdük. Ağlayaraq ona baxdım. Pəncərənin o biri tərəfindən məni gördü, görüşdük və yanında oturdum. Siz bilirsiz, mən onu necə çox sevirəm? Hətta öz oğluma onun adını qoymuşam. Yeddi qurban demişdim, birini onun icazəsi ilə orada kəsdim. Allah qəbul etsin. Tatlıses də dedi ki, bu qurbanın ciyərini özüm yeyəcəm”.
Zenfira İbrahimova proqrama tanınmış tarzən Humay Qədimova ilə qatılıb. Verilişdə onun müşayiəti ilə həm türk, həm də Azərbaycan mahnıları ifa edib.
Könül Cəfərli
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO







.jpg)
.png)


























