Magazin1
Safura Əliyeva bu xəbərə ÇOX QƏZƏBLƏNDİ: “Nə gündədir…”– FOTO
Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evli olan Safura Əliyeva dünən yerli mətbuatda haqqında çıxan estetik əməliyyat xəbərlərinə qəzəblənib.
Publika.az xəbər verir ki, eks-müğənninin üzünə dolğu maddələri və artıq gel vurdurduğu, bundan əvvəlsə "rutidektomiya" (üz dərisinin dartılması) əməliyyatına müraciət etdiyi iddia olunub. Azərbaycanı “Eurovision 2010” mahnı müsabiqəsində təmsil edən Safura Əliyeva instaqramda sözügedən xəbəri paylaşaraq açıqlama verib:
"Deməli, iki uşaq anası olandan sonra kökəlsəydim, deyərdilər ki, nə gündədir. Amma mən ki, dəyişməmişəm, əksinə, arıqlamışam, üzümdə bir dənə də qırış yoxdur, indi də deyirlər ki, üzünə botoks vurdurub. 26 yaşında nə botoks? Nə iynələr? Hə, bəzi dəyişikliklər ola bilər. Çünki mən də insanam və iki uşaq anasıyam. Bu, normal haldır, az da olsa dəyişməliyəm. Narahat olmayın, genetikam elədir ki, hələ uzun müddət iynələrə və botokslara ehtiyacım olmayacaq. Özünüzdən belə xəbərlər uydurmağı dayandırın. Artıq gülməlidir. Hansısa məntiq olmalıdır. 26 yaşında nə üz dartılması?”.
Xatırladaq ki, S.Əliyeva Azərbaycanı 2010-ci ildə “Eurovision” musiqi yarışmasında layiqli şəkildə təmsil edərək 5-ci yerdə qərarlaşıb. Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurduqdan sonra müğənnilik karyerası ilə birdəfəlik vidalaşan Safura 2 övlad sahibidir.
Fərhad Əliyevin ilk nikahından Aliyə adlı daha bir qızı var.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ








.jpg)
.png)









.jpg)


















