Magazin1
Xumar Qədimova "Şuşa"nı təqdim edəndə kövrəldi - FOTO
Əməkdar artist Xumar Qədimovanın "Azərkitab"da Şuşaya həsr etdiyi "Şuşa" adlı mahnısının təqdimat mərasimi baş tutub.
Xumar Qədimova Publika.az-a açıqlamasında təəssüratlarını dilə gətirib: "Sözü söz adamları deyərlər. Mənə də arada söz adamı deyirlər. Amma mən söz adamı olsam da, sözü nəğmə ilə deməyi sevirəm, öz mahnılarımla... İllər əvvəl sənətə Xumar Qədimova olaraq "İsa bulağı" mahnısı, Şuşa və Şuşa dərdi ilə gəlmişdim. İndi isə Şuşa zəfəri ilə gəlmişəm. Rəşad Məcidin sözlərinə Şuşaya həsr edilən gözəl bir əsər yaratdıq. Allah şəhidlərimizə rəhmət eləsin (kövrəlir). Onların ruhu bizlərə kömək olsun! Yaşasın Azərbaycan! Yaşasın Şuşa! "Şuşa" mahnısına klip də çəkəcəyik, hazırda mahnnını Şuşanın görüntüləri ilə təqdim etdik. Şuşada konsert verməyi və klip çəkməyi düşünürük".
Tədbirdə çıxış edən Rəşad Məcid isə "Şuşa" mahnısının Şuşada "Xarıbülbül" Musiqi Festivalı zamanı ərsəyə gəldiyini açıqlayıb.
Qeyd edək ki, təqdimat mərasimində yazıçı Rəşad Məcid, yazıçı-publisist İradə Tuncay, şairə-bəstəkar Xanım İsmayılqızı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Aqil Abbas, aparıcı Saleh Bağırov və bir çox qonaqlar iştirak ediblər.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO







.jpg)
.png)


























