Magazin1
“Bir qızım var, o da getdi başqa ölkəyə” - Mətanət kövrəldi
“Uzağa qız vermək ən çətin bir şeydir. Yarı canın qalır yanında. Bir dənə qızım Ülkər var. Elə bilirdim ki, onun uzaqda yaşamasına öyrəşəcəyəm amma bunu bacara bilmədim. Bir dənə qızım var o da getdi başqa ölkəyə (qızı ailə qurduqdan sonra Türkiyənin Antaliya şəhərinə köçüb - red.)”.
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.
Qızı Ülkər üçün darıxdığını söyləyən sənətçi onu xatırlaytaraq efirdə kədərlənib:
“Mənim bir qızım Ülkər və bir oğlum Kərim var. Əgər iki qızım olsaydı deyərdim ki, biri yanımdadır biri də ailə qurub getdi. Amma belə deyil axı. Qızım gedəndə ona bir şeir yazmışdım. Düşünürdüm ki, qızım gedəcək və mən onsuz nə edəcəyəm. Uzaq rayona toya gedirdim. Elə yollara baxa-baxa bu şeir beynimə gəldi. Mən şeir yazan deyiləm. Sadəcə bir bənd içimdən gəldi”.
Qeyd edək ki, Ülkər Türkiyə vətəndaşı Engin adlı iş adamı ilə ailəlidir və Antalyada yaşayır. Cütlüyün bir övladı var. Mətanətin isə qızı Ülkərdən başqa Kərim adlı bir oğlan övladı da var. Onun isə birinci evliliyindən 3, ikinci evliliyindən 1 övladı var. (Olay)
-
Ekologiya20:24Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
-
Hadisə19:40Azyaşlını döyən şəxs saxlanıldı - Foto/Yeniləndi
-
Ekologiya19:25Azərbaycanda külək güclənib: bəzi rayonlarda yağış yağır - Faktiki hava
-
Nida Xəbər 18:50Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı
-
Nida Xəbər 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO
-
Hadisə14:38Bakıda anbarda güclü yanğın başladı - VİDEO
-
Rəsmi xronika12:10Prezident ad günü münasibətilə Kobaxidzeni təbrik etdi
-
Rəsmi xronika12:00Prezident forum iştirakçılarına müraciət etdi - YENİLƏNDİ





































