Sosial
Mədəniyyət Nazirliyində Hindistan səfiri ilə görüş keçirildi - FOTO
Noyabrın 17-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abhay Kumar ilə görüşüb.
Publika.az xəbər verir ki, ölkəmizdə səfir kimi fəaliyyətə başlaması münasibətilə Abhay Kumarı təbrik edən nazir ona uğurlar arzulayıb.
Adil Kərimli deyib ki, Azərbaycan ilə Hindistan arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı mədəni mübadilənin təşviqi və birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.
Abhay Kumar səmimi qəbula görə təşəkkür edib, ölkəsinin Azərbaycanla mədəni əlaqələrin inkişafında və yeni əməkdaşlıq təşəbbüslərinin reallaşdırılmasında maraqlı olduğunu vurğulayıb.
Diplomat eyni zamanda Hindistanın mədəni irsinin, kino sənəti və mətbəx mədəniyyətinin təbliğinə yaratdığı şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan-Hindistan mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR
-
Tarix10:06Səhranın 125 min il əvvəlki halı: Nəhəng gölün izləri tapıldı - FOTO
-
Dünya09:35Tramp Cənubi Çin dənizindəki gərginlik haqda: Bununla məşğul olacaqlar
-
Maraq dünyası09:16Milyarderlər ən çox bu bürclərdən çıxır
-
ABŞ07:47“Nvidia” eks-şefdən yenə imtina etdi
-
ABŞ07:30Edamdan sağ çıxan qadın həbsxana rəhbərliyindən görün nə istədi
-
Magazin206:1620 il sonra üzə çıxan dəb incisi: Elza Hosk böyük həsrətə son qoydu - FOTO






.jpg)




























