Sosial
Azərbaycan-İsrail mədəni əməkdaşlığı müzakirə olundu - FOTO
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli noyabrın 17-də İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Kraus ilə görüşüb.
Publika.az xəbər verir ki, Səfiri salamlayan Adil Kərimli Azərbaycan-İsrail münasibətlərinin qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib. Qeyd edib ki, ölkələrimiz arasında mədəni əlaqələr ildən-ilə genişlənir. İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və incəsənət layihələrində qarşılıqlı iştirak bu əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Səfir Ronen Kraus səmimi qəbula görə təşəkkürünü bildirərək iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.
Görüşdə Azərbaycan-İsrail mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, mədəniyyətin müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR
-
Tarix10:06Səhranın 125 min il əvvəlki halı: Nəhəng gölün izləri tapıldı - FOTO
-
Dünya09:35Tramp Cənubi Çin dənizindəki gərginlik haqda: Bununla məşğul olacaqlar
-
Maraq dünyası09:16Milyarderlər ən çox bu bürclərdən çıxır
-
ABŞ07:47“Nvidia” eks-şefdən yenə imtina etdi
-
ABŞ07:30Edamdan sağ çıxan qadın həbsxana rəhbərliyindən görün nə istədi
-
Magazin206:1620 il sonra üzə çıxan dəb incisi: Elza Hosk böyük həsrətə son qoydu - FOTO













.jpg)




















