Magazin1
Məhkəmə Xoşqədəm Hidayətqızına QADAĞA qoydu
Teleaparıcı Xoşqədəm Hidayətqızı və "ARB Media Qrup"a qadağa qoyulub.
Publika.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.
Belə ki, Xumar Məzahir qızı Quliyeva məhkəməyə ərizə ilə müraciət edərək bildirib ki, Xoşqədəm Hidayətqızı tərəfindən şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsinə səbəb olan məlumatların yayılması hərəkətlərinə məruz qalıb.
Şikayətçi qeyd edib ki, bu hal itkin düşən qardaşlar Mahir və İldırım Cəbrayılovlar barəsində danışılan verilişlərdə baş verib. Belə ki, Mahir 1997-ci ildə, İldırım isə 2004-ci ildə Litvanın paytaxtı Vilnüs şəhərində itkin düşüblər. Bu günə qədər aqibətləri məlum deyil. X.Quliyev onlardan yalnız Mahiri uzaq qohumu olan Rəna xanımın vasitəsilə tanıyıb.
1991-ci ildə Mahir öz dostları ilə bərabər onun oğlu Cavidanın kiçik toy məclisində iştirak edib. Həmin vaxtdan etibarən Mahirlə yaxın əlaqəsi, mütəmadi ünsiyyəti olmayıb. Bütün bunlara baxmayaraq, Xoşqədəm Hidayətqızı onun oğlunun kiçik toy məclisini əks etdirən videogörüntüləri sırf Mahirin və onun həmin videoda görünməsi səbəbi ilə X.Quliyevanın razılığı olmadan efir vasitəsilə yayımlayıb.
Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən iclasda bu barədə birtərəfli efir müzakirələrinin aparılmasının 1 ay müddətinə “ARB” TV-yə və “Səni Axtarıram” adlı verilişin lahiyə rəhbəri və aparıcısı Baxşəliyeva Xoşqədəm Hidayət qızına qadağan edilməsi ilə bağlı qərar verilib. Müvəqqəti təminat tədbiri 11.01.2025-ci il tarixdən qüvvədən düşür.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü












.jpg)










.jpg)














