Magazin1
Təranə Səmədova Ali Məhkəməyə müraciət etdi
Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova barəsindəki qərardan kassasiya şikayəti verilib.
Publika.az pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəməyə müraciət edən prodüser cəzasının yüngülləşdirilməsini və azadlığa çıxmasını istəyir.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il, Rasim Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Sonra Ali Məhkəməyə müraciət edən prodüser şikayətinin geri götürdüyünü bildirmişdi.
Qeyd edək ki, aparılan istintaq zamanı müəyyən olunub ki, T.Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı R.Həsənovla birgə Altay Səfirovun (adı və soyadı şərtidir) fotoşəkillərini əldə edib. Daha sonra həmin şəxslər fotoşəkilləri Altayın ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən sosial şəbəkələrdə yerləşdirməklə hədələyiblər. Bu yolla T.Səmədovla R.Həsənov ondan 3 min manat tələb ediblər.
Beləliklə, 2022-ci ilin noyabrında onlar zərərçəkmiş şəxsdən ümumilikdə 1 100 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçiriblər. Bundan başqa, T.Səmədova ilə R.Həsənov təkrarən Altay Səfərovu rüsvayedici fotoşəkillərlə şantaj edərək ondan 1 000 manat pul tələb ediblər. Lakin zərərçəkmiş onlara 130 manat pul verib. T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
-
Sosial10:27Gənc qızlar yolda elə hərəkətlər etdi ki... - Bakıda ŞOK OLAY/ VİDEO
-
Maraq dünyası10:24Aşiq olacaq bürclər - Bəxtləri açıldı
-
ABŞ08:10İranda məqsədlərimizə çatdıq, indi isə... - Vens
-
Sosial07:55Azərbaycanda cərimələrlə bağlı yenilik tətbiq oluna bilər - Şad xəbər
-
Dünya06:46İran ABŞ-ın blokadasına görün necə hazırlaşıb
-
İdman05:15Matçda maraqlı hadisə: Hakim belə biabır oldu
-
Magazin204:30Həmin narkotik maddəni ömrüm boyu görməmişəm - Cazibədar aktrisa üsyan etdi
-
Sosial02:18Mübariz İbrahimovun bu görüntüləri trend oldu - Video















.jpg)




















