Magazin1
Amil Xəlil Audiovizual Şuranın qərarına münasibət bildirdi
“Bu məsələ ötən ayın 25-i olub. Mən bölgə universitetlərinin boş qalması haqqında danışmışam. Material da qalır, heç bir yerdən silməmişik. Sadəcə əsas söhbəti konteksdən çıxartdılar”.
Publika.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a aparıcı Amil Xəlil deyib.
O, Space TV-nin yayımının 3 saatlıq dayandırılmasına belə münasibət bildirib:
“Demişəm ki, bölgələrdə universitetlər boş qalıb. Mən Lənkəranda yaşasam, Lənkəran və ya Gəncədə qalsam, Gəncə Dövlət Universitetini seçərəm. Yaşadığım yer haraya yaxındırsa, onu uyğun yerdə oxumağı daha üstün tutaram. Amma bəziləri yazdılar ki, aparıcı, yəni mən bölgə ayrıseçkiliyi edirəm. Vaxtı ilə aktrisalarımızdan biri də bu barədə danışanda özüm də buna dair ona irad bildirmişdim. Olmaz belə şeylər!"
Aparıcı bildirib ki, Şuranın qərarına qarşı bir şey deyə bilməz:
“Yenə də deyirəm ki, çox adam tərəfimi tutdu. Bildirdilər ki, düz deyir, bölgələrdə yerlər boşdur. Anonim olaraq bir neçə müəllim də bu barədə mənə yazdı. Lakin "Bakıya gəlməyin", "Bakı elə, Bakı" belə kimi söhbətlər olmayıb. Bu haqda neqativ yazanlar da videoları tam izləməyənlərdir. Mən orada qız, oğlan ayrıseçkiliyi etməmişəm”.
Qeyd edək ki, Audiovizual Şurası dekabrın 25-i "Space TV"də yayımlanan “Gəl, danış!” proqramında aparıcının çıxışına görə (“Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulduğundan) yanvarın 14-ü saat 12:00-dan saat 15:00-dək yayımının 3 saatlıq dayandırılması barədə qərar verib.
-
İdman18:00Haaland uzun saçlarını qırxdırdı - FOTO/VİDEO
-
Nida Xəbər 17:50Sənədlərin imzalanmasına hazırlıq görülür - VİDEO
-
Nida Xəbər 16:50İkitərəfli layihələrə həsr olunmuş videoçarx nünayiş etdirildi
-
Nida Xəbər 15:36“Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq” - VİDEO
-
Nida Xəbər 14:38Özbəkistan-Azərbaycan münasibətləri əbədi dostluq səviyyəsinə qalxır - Hikmət Hacıyev
-
MDB14:12Səidə Davletova: Azərbaycan ilə Özbəkistan arasında münasibətlər rəsmi çərçivələrə sığmır
-
Ekologiya12:53Sabahın hava proqnozu açıqlandı
-
MDB12:28Özbək deputat: Azərbaycanla müttəfiqlik yalnız dövlət institutları səviyyəsində deyil






.jpg)

















.webp)












