“Hollivud heç də xəyalların diyarı deyil” – AKTYOR
Bizi izləyin

Magazin2

“Hollivud heç də xəyalların diyarı deyil” – AKTYOR

Üzüklərin hökmdarı” filmi ilə məşhurlaşan aktyor Elayca Vud Hollivudun heç də xəyalların diyarı olmadığını etiraf edib.

Publika.az xəbər verir ki, “Saturdays” jurnalına müsahibə verən 35 yaşlı aktyor Hollivudda yetkin yaşa çatmamış aktyor və aktrisaların mütəmadi olaraq cinsi istismara məruz qaldığını deyib.

Vudun sözlərinə görə, azyaşlı ulduzlar müxtəlif partilərdə kino sahəsinin məşhur simaları ilə cinsi əlaqəyə girməyə məcbur olur.

Aktyor bildirib ki, Hollivudda pedofillik və cinsi istismar yoluxucu xəstəliyə çevrilib.

Hələ 8 yaşında ikən filmlərdə rol almağa başlayan ulduz anasının mütəmadi nəzarəti sayəsində cinsi istismara məruz qalmaqdan qurtulduğunu deyib. Bir çox azyaşlının “ilanlara yem” olduğunu vurğulayan aktyor “qurbanların səsi güc sahibləri qədər çıxa bilməz. Ona görə də belə olaylar mətbuatda əksini tapmır”, – deyə qeyd edib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm