Magazin2
Bred Pitt festivalda məşhur gözəllə qucaqlaşdı - FOTO
İtaliyada 79-cu Venesiya Film Festivalı çərçivəsində rejissor Endryu Dominikanın Merilin Monronun həyatından bəhs edən "Sarışın" filminin premyerası olub.
Publika.az xəbər verir ki, tədbirdə filmdə baş rolları ifa edən Ana de Armas və Adrien Brodi, eləcə də filmin prodüseri kimi çalışmış Bred Pitt iştirak edib. Filmin baş rol ifaçısı ilə prodüserinin nümayişdə bir-birini qucaqlaması, isti və səmimi münasibətləri diqqətdən qaçmayıb. İddia olunur ki, cütlük sevgilidir.
Culian Nikolson, Tessa Tompson və başqaları isə gecə qonaqları qismində çıxış ediblər.
Ana de Armas premyera üçün "Louis Vuitton"dan solğun çəhrayı paltar seçib. Kino ulduzu dərin sinə dekolteli geyimi ilə bütün diqqətləri öz üzərinə çəkib. Yeri gəlmişkən, bu paltar Merilin Monronun məşhur filmdəki simvolik paltarına inanılmaz dərəcədə bənzəyir.
Bred Pitt isə rəsmi kostyumunu "Adidas" ayaqqabıları ilə tamamlayıb.
Qeyd edək ki, “Sarışın” filmi bütün dünyada Merilin Monro kimi tanınan aktrisa Norma Cin Beykerin həyatından bəhs edir. Süjet Coys Carol Oatesin eyniadlı romanı əsasında hazırlanıb, kitab 2000-ci ildə nəşr olunan kitab ən çox satılan nəşrlərdən biridir.
Tamaşaçılar filmi sentyabrın 23-də qiymətləndirə biləcək. Filmin premyerası "Netflix" platformasında baş tutacaq.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)





















.jpg)

.jpg)