Magazin2
Keyt Middlton Londonda Yelena Zelenskaya ilə görüşdü - FOTO
II Elizabetin dəfn mərasimi ərəfəsində Bukinqam sarayında anım mərasimində iştirak edən dövlət başçıları və xarici qonaqlar üçün nəzərdə tutulmuş təntənəli qəbul təşkil olunub. Bu tədbir çərçivəsində Uelsin yeni şahzadəsi Keyt Middlton Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb.
Publika.az xəbər verir ki, görüş üçün Keyt “Catherine Walker”dən paltar geyinib və onu keçmiş Uels şahzadəsi Şahzadə Dianaya məxsus mirvari qolbaqla tamamlayıb.
Bundan başqa Yelena Zelenskaya baş nazir Denis Şmıqal və Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko və onun xanımı İnna ilə birgə Vestminster zalında kraliça ilə vidalaşıblar. Ukrayna nümayəndə heyəti zalın şərq divarının yaxınlığındakı platformada dayanıb. Britaniya nəşrlərinin yazdığına görə, Yelena Zelenskaya II Elizabetin tabutuna baxaraq ağlayıb.
Xatırladaq ki, Yelena Zelenskaya Avropa Parlamentinin Avropa İttifaqının vəziyyəti ilə bağlı illik hesabata həsr olunmuş iclasın xüsusi qonağı olub.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO






.jpg)
.jpg)




























