Magazin2
Alla Puqaçova Rusiya ordusunu gözdən salmaqda günahlandırılır
Rusiyanın Xalq artisti Alla Puqaçova haqqında polisə şikayət ərizəsi daxil olub.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb ulduzun xarici agentləri siyahısına daxil olmaq istəyi olub. Moskva vilayətinin polis bölməsinə müğənni Alla Puqaçovanın Rusiya ordusunu gözdən saldığına görə yoxlamasına dair şikayət ərizəsi daxil olub. Bu barədə "RİA Novosti" öz mənbəsinə istinadən məlumat yayıb. Bildirilib ki, bir qadın polisə müraciət edərək Puqaçovanın qanunsuz fəaliyyətinin yoxlanılmasını tələb edib və Rusiya ordusunu gözdən saldığı barədə iddia irəli sürüb. Polisin araşdırmaya başlayıb-başlamadığı hələlik məlum deyil.
Məlumat üçün bildirək ki, Puqaçovanın əri, müğənni və teleaparıcı Maksim Qalkin Rusiyanın Ukraynaya qoşun yeritməsini tənqid etdiyi üçün Ədliyyə Nazirliyi onu Ukrayna naminə siyasi fəaliyyət göstərdiyi və maliyələşdirdiyi iddiaları ilə xarici agentlər siyahısına daxil edilib. Bundan sonra Puqaçova sosial şəbəkədə bunları yazıb: “Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə müraciət. Sizdən xahiş edirəm, məni sevimli ölkəmin xarici agentləri sırasına yazasınız, çünki mən yanlış məqsədlər üçün oğlanlarımızın ölümünə son qoyulmasını, vətənə firavanlıq və dinc həyat arzulayan əsl vətənpərvər ərimlə həmrəyəm”.
Puqaçova əvvəllər siyasi vəziyyəti açıq şəkildə şərh etmirdi və xüsusi əməliyyat haqqında danışmamağa üstünlük verirdi. Lakin o, Qalkini bütün hücumlarından müdafiə edib. Cütlük martın əvvəlində uşaqları ilə Rusiyanı tərk etsə də, dərs ili başladığına görə, bu ay ölkəyə qayıtmalı olub. Teleaparıcı isə sosial şəbəkələrdə məsələ ilə bağlı xəbərlərə münasibət bildirib və qeyd edib ki, o, özünü xarici agent hesab etmir və hazırda “çox layiqli insanların əhatəsindədir”.
Puqaçovanın ərinə dəstək yazısı böyük ictimai rezonans doğurub. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bununla bağlı şərh verməkdən imtina edib. Lakin daha əvvəl Peskov çıxışında qeyd edib ki, Kremlin Puqaçovaya qarşı heç bir iradı yoxdur, çünki o, qəbuledilməz bəyanatlar verməyib, Qalkinsə çox pis bəyanatlar verib və belə insanla eyni yolu gedə bilmərik.
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi