Magazin2
"Yargı"nın qəhrəmanı qadınlardan DANIŞDI
“Yargı” serialının baş qəhrəmanı Kaan Urqancıoğlu həyatı qadınlardan öyrəndiyini deyib.
Publika.az xəbər verir ki, aktyor “Hurriyet Pazar”a müsahibə verib. Kino ulduzu müsahibəsində etiraf edib ki, son illərdə daha çox özünü anlamaq və həyatdan nə istədiyini tapmaqla məşğuldur:
“Dürüst şəkildə özümlə üzləşirəm. Həyatda nə istəyirəm, niyə edirəm... Təqdir etmək lazımdır ki, bu, olduqca çətindir. Ağrı gətirir. Özümü hələ tanımadığımı bir məqamda “Mən beləyəm” demək istəmirəm. Bəlkə də müəmmalı görünür. Amma sizə deyə bilərəm ki, özüm kimi davranmağa çalışıram. Özüm kimi davrana bilmədiyim yerdə xoşbəxt ola bilmirəm. Odur ki, ağlıma gələni deyə biləcəyim yerlərin olması mənim üçün ən böyük lüksdür. Bunu edə bilmədiyim yerdə özümü yaxşı hiss etmirəm, özümü yaxşı hiss etməyəndə əlbəttə ki, yaxşı olmuram. Hər hansı açıqlama verməyi də sevmirəm”, - aktyor qeyd edib.
Aktyorun “Qadınlardan bu günə qədər nə öyrəndin?” sualına isə cavabı belə olub:
“Bu sual indiyə qədər həyatdan nə öyrəndiyini deməklə eynidir. Öyrəndim ki, qadın çox incə, dərin və kişidən çox daha ölçülüdür. Bu həm də həyatın əslində incə və ölçülü olduğunu göstərdi”.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)





















.jpg)

.jpg)