Magazin2
Cem Yılmaz keçmiş həyat yoldaşından aliment tələb etdi
Aktyor Cem Yılmaz keçmiş həyat yoldaşı Ahu Yağtunun aliment verməsini tələb edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, tanınmış ulduz oğlu Kamal üçün keçmiş xanımına ödədiyi 10 min dollarlıq alimentin lirəyə çevrilməsi üçün məhkəməyə müraciət etmiş və 70 min lirə aliment ödəməsi tələb olunmuşdu. Lakin Yağtu yerli məhkəmənin bu qərarına etiraz edərək İstanbul Regional Ədliyyə Məhkəməsinə müraciət edib. Yağtunun müraciətində Yılmazın biznesinin artdığı, Avropada stand-up şouları verdiyi, Türkiyədə və xaricdə daşınmaz əmlakının olduğu bildirilib. Apellyasiya Məhkəməsi Ahu Yağtunun şikayətindən sonra yerli məhkəmənin qərarının tamamilə ləğv edilməsinə qərar verib.
Bundan sonra isə Cem Yılmazın vəkili Renkin Gönenç Apellyasiya Məhkəməsinin qərarına etiraz edərək işi Kassasiya Məhkəməsinə aparıb. Gönenç apelyasiya şikayətində bildirib ki, Apellyasiya Məhkəməsi Türkiyədəki iqtisadi şərtləri nəzərə almadan qərarı ləğv edib.
“Qanuna əsasən, 2018-ci ildən müştərinin bütün gəlirləri, o cümlədən kirayə gəlirləri məzənnə ilə deyil, türk lirəsindədir. Türkiyədə dolların gözlənilmədən artması kapitalın pozulması deməkdir. Müvəkkil qədər anası Ahu Yağtu da uşağın həyatını eyni dərəcədə təmin etməlidir. O zaman ana da övladına 10 min dollar verməlidir. Uşağın təhsili, sağlamlığı və ümumi xərcləri qarşılandıqdan sonra ananın ayda cəmi 20 min dollar aliment alması ədalətlidirmi? Hansı uşaq yemək və içki üçün ayda 20.000 dollar xərcləyir? Bu səbəbdən Apellyasiya Məhkəməsinin qərarından apellyasiya şikayəti verdik və şikayəti Kassasiya Məhkəməsinə verdik”, - ərizədə qeyd olunub.
Xatırladaq ki, Cem Yılmaz və Ahu Yağtu 2012-ci ildə evləniblər. Cütlüyün bu evliliyindən 9 yaşlı bir oğlu var.
Cem Yılmaz və Ahu Yağtu 2013-cü ildə razılaşma əsasında boşanıblar. Uşağın qəyyumluğunu anaya verən məhkəmə, ata Cem Yılmazın uşağı üçün aylıq 10 min dollar aliment ödəməsinə qərar verib.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu


























.jpg)







.jpg)


