İşın Karaca xəstəliyindən danışdı
Bizi izləyin

Magazin2

İşın Karaca xəstəliyindən danışdı

İşın Karaca xəstəliyindən danışdı

Türkiyəli məşhur sənətçi İşın Karaca saç qıran kimi tanınan Alopesiya areata xəstəliyinə tutulduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, sənətçi bu haqda instaqram hesabından açıqlama verib.

“Gördüyünüz kimi saçım yoxdur. Mənim qaşlarım, kirpiklərim də yoxdur. Əslində bədənimin heç bir yerində tük yoxdur. Siz bilmədən nələr yaşadım... Xəstəlikdən gizlənmək çətin olmağa başladı. Ona görə paylaşıram...

Bu arada davamlı olaraq müalicə alıram. Başıma vurulan iynələrin sayını, udduğum dərmanların sayını unutdum...”, - İşın Karaca qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm