Magazin2
Akbabanın serialı etirazla qarşılandı - “Belə adətimiz yoxdur!”
Türkiyədə bu həftənin bazar ertəsi ilk bölümü yayımlaman “Uzak Şehir” serialı bir sıra rəsmilər tərəfindən etirazla qarşılanıb.
Publika.az xəbər verir ki, Mardin şəhərində çəkilən və tanınmış simalar Ozan Akbaba və Sinem Ünsalın baş rollarını oynadığı serialın yayımdan çıxarılması tələb edilir.
Məsələ Türkiyə Böyük Millət Məclisinə qədər gedib çıxıb. Rifah Partiyasının sədr müavini və İstanbul millət vəkili Doğan Bekin serialda yer alan bəzi səhnələrin Mardin mədəniyyəti ilə uyğun gəlmədiyini bildirib. Doğan Bakar Məclisdəki çıxışında xüsusilə ilk bölümdə yer alan yas mərasimində havaya atəş açılması səhnəsindən hiddətlənib. O, “bizim belə adətimiz yoxdur!” - deyərək, serialın dərhal efirdən uzaqlaşdırılmasını tələb edib.

Serialın yayımlandığı Kanal D-dən isə hələ ki, açıqlama verilməyib.
Qeyd edək ki, “Uzak Şehir” Livan serialı “Al Haybe”nin əsasında çəkilib. Sezen Aksu seriala özəl olaraq “De Mardin” adlı mahnı yazıb. Serialın ikinci bölümünün anonsu da artıq müzakirə mövzusuna çevrilib. Qəzada əri həlak olan xanım qəhrəmanın qaynı ilə evləndiriləcəyi planlaşdırılır. Bu ideya da bir çox izləyicilər və mardinlilər tərəfindən birmənalı qarşılanmayıb.(“Qafqazinfo”)





-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı







.jpg)







.jpg)






















.jpg)
.jpg)
