Magazin2
Xalq artisti fırıldağın qurbanı oldu: Görün nə qədər pulunu alıblar
Telefon fırıldaqçıları məşhur sovet balerinası, SSRİ Xalq artisti Qabriela Komlevanın doqquz milyon rublunu ələ keçirib.
Publika.az xəbər verir ki, bu barədə "Mash na Moyke" Telegram kanalı məlumat yayıb.
Zərərçəkənin sözlərinə görə, ona ötən ilin payızında zəng etməyə başlayıblar. Fırıldaqçılar yaxşı qurulmuş sxem üzrə hərəkət ediblər. Onlar hüquq-mühafizə orqanlarını təmsil etdiklərini və xoreoqrafın vəsaitinin təhlükədə olduğunu bildiriblər. Onlar balerinanı inandırıblar ki, pulu qorumaq üçün onlara verməlidir.
Zərərçəkmiş pulu hesabdan çıxarıb. Noyabr ayında o, naməlum şəxslə görüşüb və pulu təhvil verib. Hadisə ötən il baş versə də, Qabriela Trofimovna bu barədə polisə ötən həftə xəbər verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları dələduzluq maddəsi ilə cinayət işi açıb. Onlar fırıldaqçıları axtarırlar.
Qeyd edək ki, Komleva bir çox klassik baletlərdə baş rolları ifa edib. O, RSFSR və SSRİ-nin Xalq artistidir.
Adəm

-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial2 İyul 18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 2 İyul 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır



















.jpg)

















