Magazin2
Məşhur aktrisanın 17 illik evliliyi bitir: ərinə 100 milyon dollar ödəyəcək
Hollivudun məşhur simalarından olan Cessika Alba-Keş Uorren cütlüyünün 17 illik evliliyi rəsmən sona yetir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, cazibədar aktrisa Cessika Alba uzun müddətdir davam edən fikir ayrılıqlarına görə boşanmaq üçün məhkəməyə müraciət edib.
43 yaşlı Cessika Alba boşanma ərizəsini Hollivud məşhurlarına xidmət edən vəkil Laura Vasser vasitəsilə məhkəməyə verib. Onun əri, 46 yaşlı Keş Uorreni isə bu işdə tanınmış vəkil Adam Filip təmsil edəcək.
Onlar üç övladın - Honor (16), Haven (13) və Hayesin (7) birgə qəyyumluğunu istəyib.
Ancaq boşanma prosesində təkcə qəyyumluq məsələsi deyil, həm də böyük sərvət bölgüsü gündəmdədir. Cütlük evlilik sözləşməsi imzalamadığı üçün məhkəmənin çəkişməli keçəcəyi təxmin edilir.
Cessika Alba tərəfindən qurulan və orqanik məhsulların satışı ilə məşğul olan "The Honest Company" 625 milyon dollar dəyərində qiymətləndirilir. Digər tərəfdən, Keş Uorrenə məxsus alt paltarı və corab markasının dəyərinin 100 milyon dollar civarında olduğu bildirilir.
Cessikanın həyat yoldaşı Keşə boşanma üçün təxminən 100 milyon dollar ödəyəcəyi gözlənilir. Cütlüyün mallarının bölüşdürülməsi ilə bağlı danışıqların qarşıdakı dövrdə dəqiqləşəcəyi bildirilir.
Qeyd edək ki, cütlük 2008-ci ildə ailə qurub. Son zamanlarla onların münasibətinin pisləşdiyi barədə xəbərlər gündəmə gəlirdi.
Ləman
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial2 İyul 18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 2 İyul 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır



















.jpg)

















