Dünya
ABŞ-İran gərginliyi artır: Müctəba Xameneidən raketli mesaj
ABŞ-İran gərginliyi fonunda İranın dini lideri Müctəba Xamenei raket və saat təsvirinin əks olunduğu paylaşım edib.
Publika.az xəbər verir ki, Xamenei hücum olacağı təqdirdə dərhal cavab verilməsi barədə mesaj yayıb.
Paylaşımda “Hücum olacağı təqdirdə dərhal, effektiv və coğrafi sərhəd tanımadan cavab verin” ifadəsi yer alıb.
Məlumata görə, ABŞ və İran arasında gərginlik artmaqda davam edir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Bəhreynə yönələn dron hücumunun heç bir zərər vermədən qarşısının alındığını bildirib. Qurumun “X” sosial şəbəkəsindəki açıqlamasında İran tərəfindən Bəhreyn istiqamətində buraxılan çoxsaylı hücum dronlarının ABŞ texnikasına zərər vermədən və hərbçiləri yaralamadan zərərsizləşdirildiyi qeyd olunub.
CENTCOM və müttəfiqlərinin mümkün hücumlara qarşı hazır vəziyyətdə olduğu da vurğulanıb.
Bəhreyn ordusu İran tərəfindən həyata keçirildiyi bildirilən bir sıra hava hücumlarının ölkənin hava müdafiə sistemləri tərəfindən dəf edildiyini açıqlayıb.
Müəllif: Roza
-
Tarix10:06Səhranın 125 min il əvvəlki halı: Nəhəng gölün izləri tapıldı - FOTO
-
Dünya09:35Tramp Cənubi Çin dənizindəki gərginlik haqda: Bununla məşğul olacaqlar
-
Maraq dünyası09:16Milyarderlər ən çox bu bürclərdən çıxır
-
ABŞ07:47“Nvidia” eks-şefdən yenə imtina etdi
-
ABŞ07:30Edamdan sağ çıxan qadın həbsxana rəhbərliyindən görün nə istədi
-
Magazin206:1620 il sonra üzə çıxan dəb incisi: Elza Hosk böyük həsrətə son qoydu - FOTO
-
Yaxın Şərq05:15Müxalifət nümayəndəsi İsrail Knessetinin yeni spikeri oldu
-
İKT04:14"Apple" xidmətlərində nasazlıq bu səbəbdən yaranıb





































