Maraq dünyası
Yer altından gələn cəhənnəm səsləri - DƏHŞƏTLİ SƏS YAZISI - - VİDEO
1980-ci illərin sonunda Avropada yayılmağa başlayan bu əfsanə ilk dəfə Finlandiyanın "Ammennusatia" qəzetində yayımlanıb. Bundan sonra isə dünyanın dörd bir tərəfində geniş şəkildə yayılıb.
1989-cu ildə Sovet İttifaqının dağılmasından sonra KQB-yə aid bir çox material Amerika və İngiltərə kəşfiyyatı tərəfindən yoxlanılmağa başlayıb. 1990-cı ildə bu dosyelərdən biri London Whitehall D11 departamentinə faksla göndərilib. Dosyedə qeyd olunanlar o qədər qeyri-adi idi ki, qısa müddət ərzində sürətlə mediada yayılmağa başladı.
Rusiyanın ucsuz-bucaqsız bir bölgəsində böyük və geniş çuxur tapılmışdı. Rusiya Federasiyasının şimalında, Murmansk vilayətində yerləşən Kola yarımadasında... Bu çuxurun illər əvvəl dünyaya düşən meteroiddən, yoxsa yeraltı təkanlardan yarandığı məlum deyildi. Həm çuxurun necə peyda olduğunu, həm də Yerin daha dərinlərinə enərək, onun necə yarandığını öyrənmək üçün bir qrup geoloqa təlimat verilmişdi.
Beləliklə, Kola dərin qazma quyusu Sovet İttifaqı tərəfindən Kola yarımadasının elmi qazma quyusu kimi qiymətləndirildi. Çuxur olduqca dərin idi və dünyanın yaranması haqqında yetəri qədər detallı məlumat verə bilərdi. Buna görə də geoloqlar ərazidə daha dərin quyu qazmağa qərar verir. Bununla da quyu 1989-cu ildə 12,262 metrə qədər qazılır. Bu, həmin dövrün ən dərin quyusu idi.
Layihə çərçivəsində planlaşdırılan dərinlik 15 000 metr idi. 1983-cü ildə 12 000 metr qazıldıqdann sonra işlər bir müddət təxirə salınır. 27 sentyabr 1984-cü ildə qrup yenidən işə başlayır və 12 262 metrə qədər enə bilir.
Lakin bu dərinlikdən gözləniləndən daha çox - 100 dərəcə istilik yerinə 180 dərəcə istilik gəlir və işlərin ağırlığına görə, layihə 1992-ci ildə dayandırılır. Layihə davam etdiyi müddətdə əsas kanaldan əlavə kanallar açılmışdı və bunlardan da ən dərini 12 262 metr dərinliyi olan SG-3 çuxuru idi. Rəsmi hesabatların xalqa ötürülən hissəsində sadəcə, bu qədər məlumat verilirdi. Lakin reallıq tamamilə fərqli idi.
Bu iş üçün nəhəng drelə bənzəyən qazma cihazı çuxura yerləşdirilir və qazıntı işləri başlayır. Təxminən 50 santimetr genişliyindəki dəlik qazıldıqca quyudan çıxan torpaq, qaya parçaları, minerallar laboratoriyada araşdırılır, müxtəlif qeydlər aparılırdı. Quyunu bacardıqları qədər dərin qazaraq, indiyə kimi əldə olunan məlumatlardan daha çoxunu öyrənməyə çalışırdılar.
Uzun işlərdən sonra quyunun dərinliyi artıq 12 metrə çatmışdı. Bundan sonra bir az da dərinə getmək istədilər, lakin drelin uc hissəsi inanılmaz formada fırlanmağa başlamışdı. Elm adamları və texniklər baş verənləri anlaya bilmirdi. Onlar yerin altında yerləşən mağaralardan birini dəldiklərini düşünürdülər. Başqa bir qrup isə dünyanın mərkəzində olduqlarını hesab edirdi. Hər bir halda drel artıq boş-boşuna fırlanırdı. Çünki deşəcək, dərinə gedəcək yer yox idi.
Cihaz yerindən çıxarılır və onun qazdığı yer haqqında bəzi araşdırmalar aparılmağa başlayır. Həmin vaxt dəlikdən istilik və bəzi uğultular gəlməyə başlamışdı. Bütün qrup maraqla növbəti mərhələni gözləyirdi. İlk növbədə oradakı istilik dərəcəsi ölçüləcəkdi. Yerin mərkəzinə yaxınlaşdıqca yüksək hərarət gözlənirdi, lakin qrup çaş-baş qalmışdı. İstiliyi ölçən cihaz dəlikdəki istiliyin 1200 dərəcə olduğunu göstərirdi. Bu, gözləniləndən çox daha yüksək nəticə idi. Cihazın işləmədəyini düşünürək başqa biri ilə də yoxlayırlar və nəticə eyni idi. Bəziləri prosesi dayandırmağı desə də, gec idi. Elmi maraqlar hər şeydən üstün idi.
Qrupda yer alan dr. Dmitri Azzakov dünyanın tanınmış adlarından idi və qazma işlərinə davam etmək üçün oraya göndərilmişdi. O deyirdi:
“Birdən-birə drel dəli kimi fırlanmağa başladı. Bu, hansısa mağaraya və ya boşluğa çatdığımızı göstərirdi. Termometrlər 1200 dərəcə kimi inanılmaz istiliyi göstərirdi. Bu, gözlədiyimizdən daha çox idi. Sanki dünyanın mərkəzində cəhənnnəm alovu yanırdı”.
Azzakov qazıntı işlərinin dayandırılmasını və istiyə dayanıqlı kabellər istəyir. Onlara kosmik gəmilərdə istifadə olunan həssas mikrofonlar yerləşdirərək quyuya sallayır. Bir saat sonra oradan eşitməyi ümid etdiyi səs qaya parçalarından çıxan səslər idi. Lakin o və 5 nəfərlik qrup insan qışqırığına bənzər səslərdən başqa heç nə eşitmirdi.
Azzakov davam edir:
“Mikrofonu daha da dərinə endirdik. Və sadəcə, əzab içində qıvrılan insan səsindən başqa heç nə eşitmədik. Əvvəlcə bu səsin ekipajdan birinə aid olduğunu düşündük. Lakin lazımi işlərdən sonra şübhələrimiz düzgün çıxdı. Qışqırıqlar təkcə bir insana aid deyildi. Sanki milyonlarla insan eyni vaxtda qışqırırdı. Bu hadisədən sonra elm adamları layihəyə davam etməkdən çəkindilər. Aralarından birinin səsi daha aydın eşidilirdi, hə. Amma oradan bir yox, dəhşətli dərəcədə çox insanın qorxulu səsləri gəlirdi. Bununla da hər kəs dilinin ucundakı cümləni deyirdi: “ateist olmasaydım, cəhənnəm səsləri eşitdiyimi deyə bilərdim””.
Azzakov bu cümləyə gülürdü. Baş verənlərdən o da qorxmuşdu. Amma elm adamı kimi hadisələri açıqlamaq da onun işi idi. Ona görə də kosmik mərkəzdən istiyə dözümlü kamera gətirmələrini istəyir. Azzakov dəyərli elm adamı olduğu üçün Veneranı izləyən kameranın bənzəri 3 gün ərzində hərbi helikopterlə ona çatdırılır.
Kamera da eyni formada quyudan aşağı salladılır və bütün bir gün ərzində açıq saxlanılır. Azzakov və kosmik mərkəzdən gələn mühəndisin imzaladığı hesabata görə, kamera dəhşətli görüntülər qeydə almışdı. Belə ki, qayaların üzərində titrəyən və fırlanan insan fiqurları görünürdü. Onlar hərəkət etmirdi. Hər bir neçə dəqiqədən bir aralarında parlaq işıltı keçirdi. İnsanı narahat edən bu görüntülərin sadəcə, 3 dəqiqəsi lentə alınıb. Çünki kamera orada olarkən xarab olub və mikrofon əriyib.
Quyudan güclü buxar qalxır və pis qoxusu olan kükürd və müxtəlif qazlar çıxmağa başlayır. Həmin qrupdan bəziləri başqa bir bölgədə quyu qazmaq üçün Sibirə göndərilir. Və yenə həmin hadisələrə şahid olanların çoxunun müalicəsi zamanı şokdan ayılmaq üçün yaddaşının az bir hissəsinin silindiyi iddia edilir. Azzakov və qrupuna isə baş verənləri heç kimə danışmasın deyə kosmik heyət tərəfindən xəbərdarlıq edilir.
O vaxt ölkə kommunist rejimin təsirində idi. Ateist iqtidar ehtiyat etdi ki, baş verənlər açıqlansa, insanlar bu hadisəni birbaşa cəhənnəmlə əlaqələndirə bilər. Bu səbəbdən həmin ərazilər və hesabatların böyük əksəriyyəti məhv edilir. Elm adamları arxalarına belə baxmadan qaçıb gedirlər. Çoxu isə işindən istefa verərək özünü dinə həs edir.
Cəhənnəmdən gələn səs müzakirələri bir çox sualı da özü ilə bərabər gətirib. Həm din, həm də elm adamları bu sualın cavabını axtarırlar. Rusiyalı elm adamları yalançı deyilsə və qeyd edilən səslər reallığı əks etdirirsə, onda həmin səslər həqiqətən kimə aiddir?
Rus elm adamları səslərin gerçək olduğuna dair and-aman edirdilər. Elm də onları haqlı çıxarmışdı. Lakin səslər həqiqətən hansısa fəlakətə aid ola bilərdimi? Bəzi akademiklər bunun tezlik qarışıqlığı ilə əlaqəli ola biləcəyini, ilahiyyatçı bir yazar maqmanın bu cür sıs çıxara biləcəyini irəli sürmüş, məşhur bir kahin isə bunun cinlərə aid ola bilməsi ehtimalından danışmışdı.
Bir çox elmi nəzəriyyələr göstərir ki, bu gün cəəhhənəm də, cənnət də insanoğlu üçün qeybdir. Və bu məsələyə hiylə qarışmayıbsa, həqiqətən deyildiyi kimi səslər varsa, onda bunların nə vaxtsa, hansısa faciədə həlak olan insanlara aid olduğunu deyə bilərik. Çünki kainatda heç bir səs itmir və varlığı davam edir. Bu yolla da həmin səsləri yenidən dinləmək mümkün olur.
Hazırda isə sözügedən quyunun dinamitlərlə partladılıb, yox edildiyi deyilir. Brifinq.az
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?