Maraq dünyası
Qədim daş dövründən qalma son qəbilə DƏHŞƏT SAÇDI: amerikalı turist ox və mizraqla...
ABŞ vətəndaşı Con Allen Çau adlı bir turist Hind okeanında yerləşən Şimali Sentinel adasında sivilizasiyadan kənar yaşayan qəbilə tərəfindən öldürülüb.
Publika.az xəbər verir ki, onun cəsədi bölgənin balıqçıları tərəfindən tapılıb.
Polis turistin adaya gələn xaricilərə ox və mizraqla hücum edən qəbilə tərəfindən öldürüldüyünu ehtimal edir.
Belə ki, nəsilləri tükənmə təhlükəsi altında olduğu üçün dünyadan izolyasiya olunmuş şəkildə yaşayan bu qəbilələrlə əlaqə qurmaq qadağandır. Çünki həmin ada sakinlərinin qızdırma və suçiçəyi kimi epidemiyalara qarşı immuniteti yoxdur. Dünyanın qədim daş dövründən qalma son qəbiləsi kimi qəbul edilən bu qəbilə 60 000 ildir ki, eyni şəraitdə yaşayır.
Turist isə Sentinel qəbiləsinin yanına xristianlığı təbliğ etmək üçün getmək istəyirmiş. Onu müəyyən məbləğ qarşılığında adaya aparan balıqçılar cinayətə görə həbs edilib. Qətli törədənlərə isə cinayət işi açılmayacaq. Çünki onlarla təmas Hindistan qanunvericiliyinə görə qadağan olunub.
Qəbilə kimliyindən və niyyətindən asılı olmayaraq, məskənlərinə yaxınlaşan hər kəsi məhv edir. Onlarla sülh şəraitində əlaqə qurmağı bacaran ilk insan hindistanlı antropoloq Triloknath Pandit olub. O, 1991-cı ildə bir neçə cəhddən sonra qəbiləyə hind qozu hədiyyə edərək onlarla təmasa keçib. 2001-ci ildə havadan müşahidə əsasında qəbilənin 40 üzvünün olduğu müəyyən edilib. Bu say 2011-ci ildə 15-ə düşüb.
Zümrüd
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
MDB11 Sentyabr 23:55Bu ölkə dünya xəritəsindən silinəcək - Medvedyev
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya11 Sentyabr 14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm






.jpg)





.jpg)
.jpg)





.jpg)













.png)




