Maraq dünyası
Qadınlar kişilərdən niyə daha çox yaşayır? - İNANILMAZ ELMİ SÜBUT
Qadınların kişilərdən daha uzun ömür sürmələrinin elmi səbəbləri ortaya çıxıb.
Publika.az xəbər verir ki, bu barədə “Aging Cell” dərgisində məqalə dərc edilib.
Məqaləyə görə, qadınların kişilərdən daha çox yaşamasının ən əsas səbəbi cinsiyyət xromosomları ilə bağlıdır.
Dünya Səhiyyə Təşkilatının Statistikasına görə, hazırda insanların ömür müddəti ortalama 71 ildir. Afrikanın ən yoxsul ölkələrindən Avropanın ən zəngin ölkələrinədək dünyanın bütün bölgələrində qadınların ömrü kişilərinkindən daha çoxdur. Bunun səbəbi isə adəti üzrə, kişilərin daha çox risk almağa, piylənməyə, spirtli içkiyə və narkotikə meyilli olmasıdır.
San Fransisko Universitetinin professoru Dena Dubal bunun səbəbini belə açıqlayır:
“Bir çox insan cinslər arasındakı ömür fərqinin təkamüldə kökləri olduğuna inanır. Uzun bir həyat, xüsusilə, qadınlara uşaqları və nəvələrinə daha çox baxmaq, qayğı göstərmək imkanı təmin edir”.

Ancaq Dubal və yoldaşları cinslər arasındakı bu fərqin sadəcə sosial deyil, eyni zamanda, genetik faktorlardan qaynaqlandığını ortaya qoyub. Professora görə, qadın və kişilərin orqanizmlərinin işində fərqliliklərin əksəriyyəti cinsiyyət xromosomlarından qaynaqlanır.
Kişilərin Y xromosomu, haradasa, həyati əhəmiyyəti olan heç bir genetik kod daşımır. Embrionun inkişafı proqramının işləməsi üçün lazım olan DNT-lərin bəzi kritik bölmələrini nəql edəərk genomdan çıxara bilər. Qadınların X xromosomu həm kişi, həm də qadınların həyatı üçün kritik əhəmiyyətə sahibdir. Qadınların genlərindəki sistemin pozulmasının ölümcül sonu olur. Qadınların yumurtalıqlarında bəzi hormonlar və digər siqnalverici molekullar var. Bu hormonlar vasitəsilə qadınların yaşayış müddəti çoxalır və qocalma prosesi yavaşlayır.
Zümrüd
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
















.jpg)


















.jpg)
.jpg)

