Maraq dünyası
Maska taxmayanlara QEYRİ-ADİ CƏZA: diri-diri tabuta uzadıb... - FOTOLAR
İndoneziyanın paytaxtı Cakartada koronavirusa qarşı tədbirlər çərçivəsində tələb olunan qoruyucu maskadan istifadəyə riayət etməyənlər üçün qeyri-adi cəza üsulu tərtib edilib.
Publika.az xəbər verir ki, valilik işçiləri xüsusi qoruyucu geyimlərlə paytaxt küçələrində tabutlar daşımağa başlayıb.
Maska qaydasına riayət etməyən və ictimai məkanlarda maskasız gəzən vətəndaşlar bu boş tabutların içinə yerləşdirilir.
Koronavirusa yoluxmanın qarşısını almaq üçün ən effektiv üsul olan maska geyinməyin əhəmiyyətinə diqqət çəkmək istəyən səlahiyyətli şəxslər maskasız insanların tabutların içinə uzanıb gözlərini bağlamalarını tələb edirlər. Beləliklə, bu şəxslərin virusun yaratdığı təhlükəni hiss etməsini istəyirlər.
Cəzanın sərtliyinə baxmayaraq, Cakarta sakinləri qərardan məmnun görünür.
Qeyd edək ki, İndoneziyada 191 mindən çox insan koronavirusa yoluxub, 8 mindən çoxu vəfat edib.
Zümrüd
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































