Maraq dünyası
Peyvənd vurulanlara pivə paylayacaqlar
ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Fil Merfi koronavirusa qarşə peyvənd olunmuş sakinlərin pivəyə qonaq ediləcəyini bildirib.
Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, adı çəkilən ştatda may ayında peyvəndlənmiş hər bir böyük yaşlı insana bir qab pivə veriləcək.
"Biz Nyu-Cersi ştatının 21 yaşına çatmış və peyvəndlənmə hüququ olan sakinləri üçün "peyvənd və pivə" proqramına start veririk", - deyə Merfi "Twitter" səhifəsində bildirib.
Proqramın şərtlərinə görə, arzu edənlər peyvəndlənmə haqqında sertifikatı aksiyada iştirak edən pivə bişirmə müəssisələrdən birinə təqdim etməli olacaqlar.
Bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreyesus bildirib ki, dünyanın böyük yaşlı əhalisinin əksəriyyətinin peyvəndlənməsi üçün gələn il 35-45 milyard dollar vəsait tələb olunacaq.
Hazırda Avropa Dərman vasitələri Agentliyi (ЕМА) COVID-19-a qarşı peyvəndləmə üçün dörd preparatı uyğun görüb. Bunlar ABŞ və Almaniyanın "Pfizer" və "BioNTech" şirkətlərinin konsorsiumunun, ABŞ-ın "Moderna" və "Johnson & Johnson" şirkətlərinin, habelə "AstraZeneca" İngiltərə-İsveç birgə müəssisəsinin hazırladığı peyvəndlərdir.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)