Britaniya kral ailəsində uşaqlara qoyulan SƏRT QADAĞALAR
Bizi izləyin

Maraq dünyası

Britaniya kral ailəsində uşaqlara qoyulan SƏRT QADAĞALAR

Qədim dövrlərdən Britaniya kral ailəsində uşaqlar müəyyən qaydalara uyğun böyüdülür, çünki sülalənin, ölkənin gələcəyi onların əlindədir. Hətta kraliçaların doğulması protokola tabedir! Qədim tarixi olan krallıq protokolu ciddi məsələdir. Burada həm böyüklərə, həm də uşaqlara nəyin icazə verildiyi və nəyin qadağan olduğu aydın şəkildə yazılıb.

Publika.az oxucuları bu dəfə Britaniya krallığının əməl etdiyi pedaqoji ənənələrlə tanış edir. Eyni zamanda kimin bu ənənələri dəyişdirməyə cəhd etdiyini də öyrənə biləcəksiniz.

Doğuş və körpəlik

Ailədə yeni bir üzvün gəlişindən ilk növbədə monarxın xəbəri olmalıdır. Ənənə hələ də qüvvədədir, Şahzadə Uilyam bu münasibətlə üç dəfə nənəsinə zəng edib. Əvvəllər kişilərin doğuşun baş verdiyi otağa girməsi qadağan idi. Lakin Elizabet şahzadə Çarlzı dünyaya gətirəndə bu qaydanı ləğv etdi. Başqa bir ənənə uşağın əmizdirilməsi ilə bağlıdır. Elizabet, Diana, Keyt və Meqan da körpəni ana südü ilə bəsləyiblər, heç bir hazır uşaq yeməyi olmaz.

Krallıqda dünyaya göz açan uşaqlara parça bez geyindirirdilər, lakin Şahzadə Diana qərara aldı ki, bütün ənənələr uzunömürlü olmağa layiq deyil və körpələrinə birdəfəlik istifadə üçün nəzərdə tutulan bezlər geyindirməyə başladı.

Əvvəllər kral ailəsinin bir neçə dayəsi olardı, indi isə Keyt və Uilyam ölkədən kənara çıxmayıbsa, Kembric ailəsində uşaqlara yalnız bir dayə qulluq edir. Yeri gəlmişkən, sarayda işə qəbul olmaq üçün təkcə uşaq mahnılarını öyrənmək kifayət deyil, şərtlər olduqca mürəkkəbdir. Sizi bu şərtlərlə növbəti yazılarımızda tanış edəcəyik.

Məktəbəqədər tərbiyə

Kiçik yaşlarından kral ailəsinin üzvləri irsən ötürülən məşhurluğa hazırlaşdırılır. Onlar bilirlər ki, ana və atanın xüsusi məsuliyyətləri var, ailə tarixini və etiketini öyrənirlər. Eyni zamanda uşaqlara hamıya hörmətlə yanaşmağı və təkəbbürlü olmamağı öyrədirlər.

Şahzadə Çarlz kiçik yaşlarında tez-tez dayələrin himayəsində qalırdı. Elizabeti səhər yeməyindən sonra və çay süfrələrində gördü. Keyt və Uilyamın ailəsində bu ənənə pozulub: valideynlər uşaqlarla birlikdə eyni masada yemək yeyirlər. Lakin heç kim Kraliçadan əvvəl masadan dura bilməz, bu, ingilis sarayının ən sərt ənənələrindən biridir.

Şahzadə Corcdan əvvəl bütün uşaqlar evdə təhsil alır və uşaq bağçalarına getmirdilər. Qaydalara görə, oğlanlar 8 yaşına qədər şalvar geyinməməlidirlər - yalnız şort! İki il əvvəl krallığın imtiyaz və səlahiyyətlərindən imtina edən Harri və Meqan aydındır ki, övladlarını istədikləri kimi geyindirirlər.

İctimai yerlərdə hiss və emosiyaların nümayişini bəyənməyən II Yelizaveta ictimaiyyət qarşısında həmişə uşaqlarla təmkinli davranıb. Emosionallıq və həssaslıq Ledi Diyə xas idi, indi şahzadələr - Uilyam və Harri öz övladları ilə eyni şəkildə davranırlar.

Şahzadə Uilyamın uşaqları aktivdir, çöldə olmağı, qaçmağı, ətraf aləmi kəşf etməyi sevirlər. Lakin onlara qadcetlər qadağan edilib. Keyt və Uilyam hesab edir ki, uşaqlar üçün planşet və telefon almaq hələ çox tezdir. Şahzadələrin sosial şəbəkələrdə hesabları olması, ümumiyyətlə, aktiv internet həyatı yaşaması qəti qadağandır. Müasir yeniyetmələrin bloq, yutub kanalı, sosial media hesabları kimi bütün bu onlayn sevincləri gənc monarxlardan yan keçir.

Məktəb illəri

337_large

Kral ailəsinin uşaqları məktəbə gedə bilmirdilər, evdə təhsil alırdılar. Protokolu ilk pozanlar Şahzadə Corcu özəl məktəbə göndərən Uilyam və Keyt olub.

Şahzadə Dianaya qədər belə bir qayda var idi ki, bütün uşaqlara həmişə yeni paltarlar, ayaqqabılar və kitablar alınmalıdır. Lakin o, Harrinin Uilyamın paltarını geyinməsində heç bir qəbahət görmədi. İndi böyük şahzadənin ailəsində bu prinsipə əməl olunur.

Mühafizəçilərdən bir addım kənara çıxmaq olmaz

Təhlükəsizlik məsələləri həmişə prioritetdir, ona görə də heç bir kralın uşağı öz istəyi ilə harasa gedə bilməz. Üstəlik, tam hüquqlu gənc kişilər və qadınlar da alış-veriş və ya saraydan kənarda harasa getmək üçün icazə istəməyə məcburdular. İcazə verilsə belə, ayıq-sayıq cangüdənlər onlardan uzaqlaşa bilməz.

Kral övladlarının 12 yaşı tamam olan kimi onlara valideynləri ilə birgə səfərlər qadağası qüvvəyə minir. Qədim dövrlərdən üzü bəri taxt-tacın iki və ya daha çox varisinin birlikdə səyahət etməsinə icazə verilməyib. Çünki yolda onları hansı təhlükələrin gözləyə biləcəyini heç vaxt heç kim bilməz.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm