Uğur qazanmaq istəyirsinizsə, BUNLARI EDİN! - İnsan enerjisi ilə bağlı 8 MARAQLI FAKT
Bizi izləyin

İnanc

Uğur qazanmaq istəyirsinizsə, BUNLARI EDİN! - İnsan enerjisi ilə bağlı 8 MARAQLI FAKT

İnsan enerjidən ibarət olan bir varlıqdır. Bu sayədə istəklərimizi görə varlığımızın və mahiyyətimizin hər gün inkişaf etməsini təmin edə bilərik. Bunun üçün enerjini qorumaq, hər gün yeniləmək və doğuşdan gələn istedadlarımızı gücləndirmək olduqca vacibdir. Enerjimiz uğura çatmaq və bu yoldakı maneələrlə başa çıxmaq üçün açardır.

Qərb təsəvvüründə enerji anlayışı tez-tez işlə əlaqələndirilir. Elm əslində enerjini bir vəzifə və ya işi yerinə yetirmək qabiliyyəti olaraq təyin edir. Lakin mənəvi mənada enerji sözü tamamilə digər anlayışlara malik ola bilər: gündəlik vəzifələrimizi yerinə yetirməyə imkan verən motivasiya, bir həyat impulsu və ya Freyd libidosu ola bilər.

Hamımızın müəyyən bir miqdar enerjisi var, bunu müsbət şəkildə istifadə etməyi öyrənməli və həyatı boş keçirməməliyik. Sadəcə siz enerjinizi idarə etmə gücünə və hər gün onu istifadə etmək hüququna maliksiniz. Ancaq bəzi daxili və xarici amillər enerji səviyyənizə təsir edə, motivasiyanızı və məhsuldarlığınızı azalda bilər.

Enerji oğruları ədalətsiz enerji ötürülməsinə və enerji bəslənməsinə əsaslanan qarşılıqlı əlaqələr qura bilər. Amma həyatda da enerji ehtiyatlarımızın tükənməsinə meyilli olan vəziyyətlər var və biz onlarla necə mübariz aparmağı həmişə bilmirik.

Publika.az xəbər verir ki, Dalay Lama gündəlik həyatda enerjimizi tükəndirən, ruhumuzu yoran potensialımızı zəiflədən hərəkətlər və vərdişlər haqqında danışıb.

Dalay Lama enerjinin daha səmərəli istifadəsi, özümüzlə və dünya ilə əlaqələrimizi təmizləmək və aydınlaşdırmaq üçün 8 məsləhət təklif edir:

1. Yalnız şikayət, problem, fəlakət, qorxu və öz mühakimələrini bölüşən insanları həyatınızdan silin. Heç kimə icazə verməyin ki, beyninizdən zibil qutusu aləti kimi istifadə etsin.

2. Hesablarınızı vaxtında ödəyin. Eyni zamanda, sizə borclu olanlardan borclarınızı alın, əgər kimsə sizə borcludursa və borcunu ödəyə bilmirsə, onu geridə qoyun.

3. Öz vədlərinizi yerinə yetirin. Əgər vədələrinizin üstündə dayanmırsınızsa, özünüzdən niyə belə müqavimət göstərdiyinizi soruşun. Hər zaman fikirinizi dəyişdirmək, üzr istəmək, vədinizi bərpa etmək və yerinə yetirə bilmədiyiniz sözə yeni bir alternativ tapmaq haqqınız var; Amma bu, bir alışqanlıq halına gəlməməlidir. Ən yaxşısı odur ki, ən başında "yox" deyin və yalançı vədlər vermək məcburiyyətində qalmayın.

4. Ehtiyacınız olduqda özünüzə istirahət fürsəti tanıyın və əlverişli an olan kimi hərəkətə keçin.

5. Atın və səliqəyə salın! Keçmişdən qalan və ehtiyacınız olmayan əşyalarla dolu dağınıq bir yerdən heç vaxt enerji ala bilməzsiniz.

6. Prioritetiniz sağlamlığınızdır. Gərgin vəziyyətdə işləyən qeyri-sağlam bədənlə siz çox şey edə bilməzsiniz.

7. Hadisələri olduğu kimi qəbul etməyi öyrənin. Bu, məğlubiyyət deyil. Yadda saxlayın ki, dəyişdirə bilməyəcəniz bir vəziyyətə üsyan etməyə və bununla savaşmağa dəyməz. Bu, sizə böyük bir enerji itkisindən savayı heç nə qazandırmayacaq.

8. Bağışlayın. Sizə ağrı verən hər şeyi geridə qoyun. Sizi ağrıdan xatirələrdən həmişə imtina edə bilərsiniz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm