İnanc
Dünyanın ən dindar ölkələri açıqlandı - Azərbaycan da siyahıdadır
“Barem” və “WIN/Gallup International” dünya miqyasında 66 mindən çox insanın qatıldığı sorğu keçirib.
Publika.az xəbər verir ki, sorğuda insanların dindar olub-olmadıqları ilə bağlı suallar ünvanlanıb.
Siyahıda Azərbaycanın da adı var. Ölkəmizdə əhalinin 35%-i özünü dindar hesab edib, 64% dindar olmadığını bildirib. Ateist və cavabsız qalanlar isə 0% təşkil edib. Ölkəmiz bu nəticə ilə 53-cü yerdə qərarlaşıb.
Şimal qonşumuz Rusiyada 61% insan dindar olduğunu düşünür. Əks cəbhədə olanlar isə 23% təşkil edib. 7% ateist olduğunu etiraf edib, 9% isə cavabsız qalıb. Rusiya bu nəticə ilə siyahının 35-ci pilləsində yer alıb.
Türkiyədə əhalinin 74%-i dindardır. 12% dindar olmadığını bildirib. Ateist 6% təşkil edib. 8% isə cavabsız qalıb. Bu nəticə ilə Türkiyə 23-cü yerdə qərarlaşıb.
Ermənistanda 92% insan özünü dindar sayıb. 4% əks mövqedə olduğunu deyib. 2% ateist olub, 1% isə suallara cavabsız qalıb. Ermənistan bu nəticə ilə siyahının 9-cu pilləsində yer alıb.
Siyahının ilk onluğu belədir:
10. Fici
Dindar: 92%
Dindar olmayan: 6%
Ateist: 2%
Cavabsız: 0%
9. Ermənistan
Dindar: 92%
Dindar olmayan: 4%
Ateist: 2%
Cavabsız: 1%
8. Pakistan
Dindar: 93%
Dindar olmayan: 5%
Ateist: 1%
Cavabsız: 1%
7. Kosovo
Dindar: 94%
Dindar olmayan: 3%
Ateist: 0%
Cavabsız: 3%
6. Fildişi Sahili
Dindar: 94%
Dindar olmayan: 6%
Ateist: 0%
Cavabsız: 0%
5. Papua Yeni Qvineya
Dindar: 94%
Dindar olmayan: 5%
Ateist: 0%
Cavabsız: 1%
4. Hindistan
Dindar: 94%
Dindar olmayan: 3%
Ateist: 2%
Cavabsız: 1%
3. Qana
Dindar: 94%
Dindar olmayan: 1%
Ateist: 0%
Cavabsız: 5%
2. Nigeriya
Dindar: 97%
Dindar olmayan: 2%
Ateist: 0%
Cavabsız: 1%
1.Tailand
Dindar: 98%
Dindar olmayan: 1%
Ateist: 1%
Cavabsız: 0%
Zümrüd
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə9 Oktyabr 18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika9 Oktyabr 15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 9 Oktyabr 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya9 Oktyabr 14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır









.jpg)

























.jpg)


