İnanc
XOŞBƏXTLİYİN 48 açarı - Motivatordan tövsiyələr
Kanadalı yazıçı və motivator, liderlik və şəxsi inkişaf üzrə Şimali Amerikanın ən tanınmış ekspertlərindən biri olan Robin Şarma sosial mediada xoşbəxt həyatın sirlərini paylaşıb. Peşmançılıq hisslərinin qarşısını almaq üçün bu sadə məsləhətləri oxumağa dəyər.
Publika.az yazıçının 48 tövsiyəsini təqdim edir.
1. Unutmayın ki, həyatınızın keyfiyyətini düşüncələrinizin keyfiyyəti müəyyən edir.
2. Başqalarına və özünüzə verilən vədlərə əməl edin.
3. Qorxularınızın üzərinə yeriyin.
4. Hər gün öyrəndiyiniz bilgilər uzunmüddətli uğurun açarıdır.
5. Məşğul olmaqla kifayətlənməyin, bir nəticə əldə edin.
6. “Müharibə Sənəti” kitabını oxuyun.
7. “Döyüşçü” filminə baxın (2010).
8. Texnologiyanın hər zamankındən daha çox olduğu bir dünyada insanlığı və nəzakətli insan olmağı bəzən unuduruq. Elə indi həyatınızdan zövq almağa başlayın. Sizi incidən insanları bağışlayın. Minnətdarlıq hissinə ciddi yanaşın
9. Unutmayın ki, bütün böyük ideyalar heç vaxt ciddi qarşılanmır.
10. Unutmayın ki, tənqidçilərin işi xəyalpərəstləri qorxutmaqdır.
11. Hər gün bacarıqlarınızı təkmilləşdirin.
12. Hər həftəsonu növbəti qarşıdakı yeddi günün planını qurmağa 60 dəqiqənizi həsr edin. Sell Bellounun dediyi kimi, bir plan sizi seçim ağrısından xilas edir.
13. Sizə mane olan hər şeyi buraxın, həyatı sevin. Sevməsəniz, zövq ala bilməyəcəksiniz.
14. Məhv edin, əks halda məhv ediləcəksiniz.
15. Yaxşı formada olmaq üçün özünüzə şəxsi məşqçi tutun.
16. Ən böyük hədiyyəni dostlarınıza, müştərilərinizə və ailənizə verin: diqqətinizi və varlığınızı.
17. Hər səhər özünüzdən soruşun: İnsanlara ən yaxşı şəkildə necə xidmət edə bilərəm?
18. Hər axşam özünüzdən soruşun: Bu gün mənim başıma gələn beş yaxşı hadisə hansıdır?
19. Səhər ən dəyərləri saatlarınızı faydasız işlərə sərf etməyin.
20. Başladığınız hər bir layihəni layiqli şəkildə başa çatdırın. Diqqəti yayındıran şeylərə “Yox” deyin.
21. Fərqlilik istəyirsinizsə, cəsarətli olun. Seçdiyiniz sahədə əvvəllər heç vaxt heç kimin etmədiyi bir yenilik yaradın.
22. Hər bir iş istedadlarınızı ifadə etməyin ən yaxşı vasitəsidir.
23. Qaçdığınız qorxular seçimlərinizi məhdudlaşdırır.
24. Səhər saat 5-də durun və 60 dəqiqəni zehninizi, bədəninizi, duyğularınızı və ruhunuzu gücləndirməyə ayırın. Bu, ən məhsuldar vaxtdır. Super qəhrəman olun!
25. Yaxınlarınıza romantik məktublar yazın.
26. Tanımadığınız adamlara gülümsəyin.
27. Daha çox su için.
28. Gündəlik tutun. Həyatınız buna dəyər.
29. Ödənişdən çoxunu edin və elə edin ki, ətrafınızdakı hər kəs nəfəsini kəssin.
30. Eqonuzu hər səhər qapı arxasında buraxın.
31. Hər gün qarşınıza 5 məqsəd qoyun. Bu kiçik qələbələr sizi ilin sonuna qədər 2000-ə yaxın kiçik qələbəyə aparacaq.
32. “Çox sağ ol”, “Zəhmət olmasa”, "Şükürlər olsun" deməyi unutmayın! Lazım bildiyinizi düşündüyünüz zaman üzr istəyin.
33. Xoşbəxtliyin sirrini unutmayın: əhəmiyyəti olan işi görün və və işinizdə lazımlı olun.
34. Qəbiristanlığın ən zəngin adamı olmağa can atmayın. Sağlamlıq sərvətdir.
35. Ən yaxşısını gözləyin və ən pisinə hazır olun.
36. Benjamin Franklinin avtobioqrafiyasını oxuyun.
37. Özünüz kiminsə “qəhrəmanı” olun.
38. Tanıdığınız ən ləyaqətli insan olun.
39. Mükəmməllikdən aşağı heç nə ilə kifayətlənməyin.
40. Hər ay gəlirinizin 10 faizini kənara qoyun.
41. Unutmayın ki, liderlik titul və mükafatlarla deyil, təsir gücü ilə ölçülür.
41. Ən yaxın 5 dostunuz olsun.
42. Xəyallarınızın arxasınca gedin.
43. Özünüz olun.
44. Əlamətdar hadisələr qeyd edilməyə layiqdir, bu anı qaçırmayın.
45. “Taksi sürücüsünün məsləhətlərinə” qulaq asmayın.
46. Eenrjinizi tənqidçilərə sərf etməyin.
47. Dağlarda vaxt keçirin, meşədə gəzin.
48. Həyatınızı mənalandırın.
-
Dünya21:05
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
-
Dünya19:55
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü
-
Magazin119:45
Ayanın toy geyimi müzakirə yaratdı - VİDEO
-
Sosial19:15
Bakıda yeni bulvar salınır - VİDEO
-
Sosial18:35
Metro istifadəçilərinin nəzərinə! - Cərimələr artırılır
-
Yaxın Şərq17:52
İran İsrailə yenidən xəbərdarlıq etdi - Vuracağıq
-
MDB17:14
Rusiya-ABŞ müharibəsi: Moskva "hazırıq" dedi
-
İdman16:53
"Real"ın futbolçusu özünə cazibədar sevgili tapdı - FOTOLAR