İnanc
Keçmiş MKİ agenti məxfi sənədləri sızdırdı - Əhd sandığının yeri tapıldı
1980-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) üçün işləmiş keçmiş agent Ed Deyms Əhd sandığının yerini bildiyini iddia edib.
Publika.az xəbər verir ki, Deyms “Stargate” layihəsi çərçivəsində “uzaqdan baxış” metodundan istifadə edərək sandığın yerini tapdığını bildirib.
Onun sözlərinə görə, Əhd sandığı İordan çayının qərb sahilindəki Hebron şəhərindəki Patriarxlar mağarasında saxlanılır. Bu mağarada İbrahim, İshaq və Yaqub kimi mühüm din xadimlərinin məzarları yerləşir və üç əsas din tərəfindən müqəddəs sayılır.
Ortaya çıxan MKİ məxfi sənədləri 1977-ci ildən 1995-ci ilə qədər davam edən layihə çərçivəsində “uzaqdan baxış” metodundan istifadə edildiyini göstərir.

Əhd sandığı Misirdən çıxdıqdan sonra israillilər tərəfindən hazırlanmış və Musanın On Əmr lövhələrini içinə qoyduğu qızılla örtülmüş sandıq kimi tanınır.
Tarixi qeydlərə görə, sandıq eramızdan əvvəl 3000-ci ilə aiddir. Eramızdan əvvəl 586-cı ildə Babilin Qüdsün işğalı zamanı itirilib və o vaxtdan bəri onun taleyi naməlum olaraq qalıb.
Lakin Deymsin iddiaları bəzi ekspertlər tərəfindən şübhə ilə qarşılanır. Xüsusilə, “uzaqdan baxış” kimi metodların etibarlılığı və elmi əsaslılığı ilə bağlı müzakirələr davam edir.
Roza
-
Hadisə02:19Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdilər
-
Qoroskop00:27Günün ulduz falı: Pul məsələlərində diqqətli olun!
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB30 Oktyabr 14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək



































.jpg)
.jpg)