MDB
ABŞ Donbas münaqişəsinin həlli yolunu göstərdi
Donbasda ukraynalılar arasında etnik və vətəndaş qarşıdurması yoxdur, münaqişə Rusiyanın birbaşa müdaxiləsinin nəticəsidir.
Publika.az “Apostrof” nəşrinə istinadən xəbər verir ki, bunu Slavyanskda keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bildirib.
Onun sözlərinə görə, Ukraynanın şərqinin azad olması üçün Rusiya qoşunlarının oradan çıxarılması lazımdır.
”Rusiya qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması Donbasın rusdilli əhalisinin maraqlarının ən yaxşı müdafiəsi olacaq. Rusiya regionda silahlı qüvvələri birbaşa idarə edir, həmçinin işğal edilmiş ərazilər üzərində siyasi nəzarəti həyata keçirir”, - o vurğulayıb.
Volker qeyd edib ki, Rusiyanın Donbasa BMT sülhməramlılarının yerləşdirilməsi haqqında qərara qarşı çıxması onun müharibəni davam etdirmək arzusunu göstərəcək.
“Mən düşünürəm ki, əgər Rusiya həqiqətən münaqişənin həllini istəyirsə, BMT mexanizmi faydalı olacaq. Bu o deməkdir ki, Rusiya öz qoşunlarını Donbasdan çıxarmaq və yerli sakinlərə normal həyatı bərpa etmək imkanını vermək barədə qərar qəbul etməlidir”, - Volker əlavə edib.
Ömər Dağlı
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)