MDB
Amerikalı diplomat: “Rusiya işğal edilmiş əraziləri qaytarmayacaq”
“Ukrayna artıq Rusiya tərəfindən tutulmuş ərazini qaytara bilməyəcək”.
Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bunu Ukraynanın Donbas regionuna səfərinin gedişatında ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bildirib.
“Ukraynalılar Rusiya tərəfindən artıq tutulmuş ərazini qaytara bilməyəcəklər. Rusiya çox güclüdür. Amma Rusiya üçün bundan sonrakı hücumun qiyməti artıq artıb və daha da artacaq”, - o deyib.
Onun sözlərinə görə, Kremldə oturanlar qarşılarına “Biz bundan nə alırıq?” və “Bizim əsgərlərimiz Ukraynada niyə həlak olurlar?” kimi suallar qoyulmalıdır.
ABŞ-ın xüsusi nümayəndəsi həmçinin vurğulayıb ki, Ukraynaya letal (ölümcül) silahların çatdırılması sülhün əldə olunmasına imkan yaradacaq.
“Əgər Ukrayna öz mövqelərini saxlaya bilməsə, bu, yeni hücumlar üçün dəvət olacaq. Və Ukraynaya belə silahların çatdırılması Rusiyaya dəqiq siqnal verəcək”, - amerikalı diplomat söyləyib.
O həmçinin qeyd edib ki, ABŞ müharibəyə son qoymaq üçün BMT sülhməramlılarının Donbasda yerləşdirilməsinə Rusiyanın razılıq verəcəyinə ümid edir.
Amerikalı diplomat ötən gün Donbasa səfərinin gedişatında bildirib ki, Donbasda ukraynalılar arasında etnik və vətəndaş qarşıdurması yoxdur, münaqişə Rusiyanın birbaşa müdaxiləsinin nəticəsidir. Onun sözlərinə görə, Ukraynanın şərqinin azad olması üçün Rusiya qoşunlarının oradan çıxarılması lazımdır.
”Rusiya qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması Donbasın rusdilli əhalisinin maraqlarının ən yaxşı müdafiəsi olacaq. Rusiya regionda silahlı qüvvələri birbaşa idarə edir, həmçinin işğal edilmiş ərazilər üzərində siyasi nəzarəti həyata keçirir”, - o vurğulayıb.
Volker qeyd edib ki, Rusiyanın Donbasa BMT sülhməramlılarının yerləşdirilməsi haqqında qərara qarşı çıxması onun müharibəni davam etdirmək arzusunu göstərəcək.
“Mən düşünürəm ki, əgər Rusiya həqiqətən münaqişənin həllini istəyirsə, BMT mexanizmi faydalı olacaq. Bu o deməkdir ki, Rusiya öz qoşunlarını Donbasdan çıxarmaq və yerli sakinlərə normal həyatı bərpa etmək imkanını vermək barədə qərar qəbul etməlidir”, - Volker əlavə edib.
Ömər Dağlı
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)