MDB
Putinin illik mətbuat konfransı başa çatdı - - YENİLƏNDİ
Rusiya liderinin ənənəvi illik mətbuat konfransı başa çatdı. Putin 3 saat 43 dəqiqə (ötənilki mətbuat konfransından 3 dəqiqə daha çox) ərzində 53 KİV nümayəndəsinin sualını cavablandırdı.
***
“Ukrayna bizim əhəmiyyətli ticarət partnyorumuz olaraq qalır, ticarət dövriyyəsi bu il artıb. Amma Kiyevdə hakimiyyətdə rusofoblar olduğu müddətdə, anormal vəziyyət davam edəcək”.
Bu sözləri Rusiya prezidenti ənənəvi illik mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Kerç boğazında baş verən hadisə Ukrayna tərəfinin təxribatı idi. “Təxribatlar həmişə pisdir, vəziyyətin kəskinləşməsinə hesablanıb. Aydındır ki, onlarda seçkilər olacaq və hakimiyyətə reytinqini qaldırmaq lazımdır. Bu, xalqın maraqlarınının ziyanınadır. Poroşenkonun reytinqi artdı, yerini beşinci yerdən ikinciyə dəyişdi. O öz məsələsini ölkənin maraqları hesabına həll etdi”, - Putin əlavə edib.
***
Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransı başladı.
Publika.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin sayca 14-cü kütləvi mətbuat konfransında iştirak etmək üçün 1702 jurnalist akkreditə olunub.
Qeyd edək ki, Putinin belə mətbuat konfransları adətən 4-5 saat sürür. Ötən il dekabrın 14-də keçirilmiş sual-cavab marafonunda 1600 rusiyalı və xarici jurnalist qeydiyyatdan keçmişdi. Vladimir Putinin birinci mətbuat konfransı 2001-ci ildə olmuşdu.
Kremldən verilən məlumata görə, diqqət mərkəzində beynəlxalq çağırışlar, Rusiya-ABŞ münasibətləri, iqtisadi və regional problemlər olacaq.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı














.jpg)














.jpg)



.jpg)

